Bu gün günün ikinici yarısından etibarən dollar satmayan bankların sırasına daha biri əlavə olundu.
Yerli maliyyə saytı Fins.az-ın xəbərinə görə, bu dəfə “Xalq bank” ASC ABŞ valyutasını satmaqdan imtina edib . Xatırladaq ki, səhər saatlarında 500 dollarlıq limitlə valyuta satan “Xalq bank” bu dəqiqələrdə satışı dayandırıb. Səbəb kimi kassalarda valyuta olmaması göstərilib. Beləliklə, dollar satmayan bankların sayı 29-ə çatıb.