19 C
Baku
Friday, May 3, 2024

Daha bir bank MilliÖn terminalına qoşuldu

AccessBank MilliÖn ödəmə terminalları vasitəsilə ödənilməsi üçün şərait yaradıb. Ödəmə terminalları Bakı şəhəri və Azərbaycanın digər şəhərlərində ictimai yerlərdə quraşdırılıb.

Kredit ödənişini MilliÖn terminallarından Azərbaycan manatı və ABŞ dolları ilə etmək mümkündür.

Qeyd edək ki, terminal vasitəsilə aparılan kredit ödənişlərinə görə xidmət haqqı tutulmur. Terminalla və ya proseslə bağlı hər hansı sual yaranarsa, AccessBank-ın 151 ümumi zəng mərkəzinə və ya MilliÖn ödəmə sisteminin *0010 müştəri xidmətlərinə zəng etmək kifayətdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər