13 C
Baku
Friday, April 26, 2024

Daha bir BOKT-un vəziyyəti məlum oldu – Kiçilib, mənfəəti kəskin azalıb

“TBC Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 248 min manat xalis mənfəətlə başa vurub ki, bu, 2018-ci ilə nisbətən 7,4 dəfə azdır.

Banker.az BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “TBC Kredit”in faiz gəlirləri 3,088 milyon manat, faiz xərcləri isə 624 min manat təşkil edib.

Bu il yanvarın 1-nə “TBC Kredit”in aktivləri 16,035 milyon manat olub ki, bu da illik müqayisədə 30,3% azdır. Bunun 12,497 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 27% kiçilib.

Hesabat dövründə “TBC Kredit”in öhdəlikləri 46% azalaraq 8,477 milyon manata düşüb, balans kapitalı isə 3,4% artaraq 7,558 milyon manata çatıb.

Onu da qeyd edək ki, TBC Kredit Azərbaycan bazarında 1999-cu ildən fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. 2007-ci ilin sonunadək TBC Kredit-in yeganə təsisçisi Enclude (keçmiz “Shore Overseas Azerbaijan”), ABŞ beynəlxalq şirkətlər qrupuna daxil olan Triodos Ventures şirkəti olmuşdur. 2007-ci ilin dekabr ayında Gürcüstanın aparıcı banklarından biri olan TBC Bank 7,500,000 ABŞ dolları məbləğində əlavə investisiya edərək şirkətin payının 75% -ni əldə etmişdir və 2018-ci ildə qalan 25%-ni də əldə edərək TBC Kreditin yeganə səhmdarı oldu.

tb1 tbc2

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər