9 C
Baku
Monday, November 18, 2024

Daha bir müəssisə artıq “GİLAN” deyil

Azərbaycanda fəaliyətdə olan “Gilan”lardan daha biri rebrendinq edib.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Belə ki, “Gilan Tekstil Park” MMC adını dəyişdirməklə “Giltex” MMC kimi fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, son iki ildə onlarla şirkət adlarındakı “Gilan”ı götürməklə “ABA” kimi adlara və ya satın alınan şirkətin adına uyğun dəyişdiriliblər.

Beləliklə, 2015-ci ildə təsis edilmiş “Giltex” MMC-nin hazırda 69 397 901 manat nizamnamə kapitalı qalmaqdadır. 2022-ci ilin mayından şirkətin rəhbəri Esmin Xəlilov Camal oğludur.  O, paralel olaraq “MKT Cotton” kmi tanınan “MKT İstehsalat Kommersiya” MMC-nin İdarə Heyətinin üzvüdür.

“MKT Cotton” xaricə ən iri pambıq ixrac edən şirkətlərdən biridir.

Müəssisə Sumqayıt şəhərində fəaliyyət göstərir. “Gilan Tekstil Parkı”nda əsas xammal kimi Azərbaycan pambığından olan mahlıc istifadə olunur. Hal-hazırda “Gilan Tekstil Parkı”nda iplik, müxtəlif növ parça, yataq dəstləri, toxuculuq məhsulları, dəsmallar, hörgü məhsulları, yorğanlar, yastıqlar, habelə oda və suya davamlı xüsusi geyimlər, müxtəlif təyinatlı uniformalar, hərbi və xəstəxana geyimləri, xalatlar və s. istehsal edilməkdədir. COVID-19 pandemiyası ilə mübarizəyə töhfə vermək məqsədilə müəssisənin nəzdində tibbi maskaların istehsalı təşkil olunub.

Son xəbərlər
Digər xəbərlər