2 C
Baku
Saturday, December 14, 2024

“Gilan” brendindən imtina edən törəmə şirkətlərin sayı 10-u keçdi

Daha üç şirkət “Gilan” brendindən imtina etdi.

Banker.az xəbər verir ki, “Gilan Hospitality-Lənkəran” MMC adını dəyişdirməklə “ABA HL” MMC-yə, “Gilan Hospitality-Qəbələ” MMC “ABA HQ” MMC-yə və “Gilan Keysinq” MMC isə “GQ KYS” MMC-yə çevrilib.

“ABA” brendinə çevrilən daha bir şirkət isə “Qəbələ Şərabı” MMC-dir. Bu şirkət də “ABA QŞ” MMC adı ilə çıxış edəcək.

Sentyabrın sonları “Gilan Agricultural Internatıonal” MMC adını  “ABA Aİ” MMC-yə, “Gilan Hospitality-Bakı” MMC adını “ABA HB” MMC-yə və “GİLAN LOGİSTİCS GROUP” MMC isə adını “ABA Logistics Group” MMC-yə, “Gilan Cotton and Grain” MMC adını “ABA CG” MMC-yə, “Gilan Trading” MMC adını “ABA Trading-123” MMC-yə və “Gilan Vineyards” MMC isə “ABA VY” MMC-yə çevirmişdi.

Hazırkı və 20 gün öncəki adları çəkilən şirkətlər Bakı Şəhəri Xətai Rayonu, Babək pr., ev 8, məh. 1130/1133, m. 70 hüquqi ünvanında qeydiyyatdadırlar.

Rebrendinq edən yeni üç şirkətin də nizamnamə kapitalı 10 manat olmaqla bir fiziki şəxsin – Günel Qafarova Vilayət qızı qanuni təmsilçiliyinə keçib.

Bu 2021-ci ilin əvvəlində “Gilan Constraction” MMC adını dəyişməklə “Core Constraction” MMC-yə və ən əsası isə may ayında Gilan Dəri Zavodu (“Gilan Dəri” MMC) rebrendinq edərək “A.C.E Dəri” MMC-yə çevrilmişdilər.

Qeyd edək ki, adıçəkilənlərin bir neçəsi “Gilan Holding” MMC ilə eyni – Bakı şəhəri Yasamal rayonu, Nəriman Nərimanov pr., ev 206, məh.466 ünvanına qeydiyyata alınmışdılar.

 

Son xəbərlər
Digər xəbərlər