10 C
Baku
Wednesday, December 11, 2024

“Daha bir neçə bankın birləşməsi və bağlanması gözlənilir”

“Son məlumatlara əsasən, daha bir neçə bankın birləşdirilməsi və bağlanması gözlənilir”.

Reporun verdiyi xəbərə görə, bu barədə hökumətin ötən ilki hesabatının parlamentdə müzakirəsi zamanı deputat Elmira Axundova bildirib: “Kredit faizləri aşağı salınmalı, əhaliyə köməklik göstərilməlidir. Bu sahədə ciddi və düşünlümş siyasətin aparılması vaciddir”.

“Ötən il bank sistemində xoşagəlməz proseslər getdi, artıq banklara inam azalıb. Banklar bağlandı və həmin banklardakı işçilər işsiz qaldı, kreditləri olan əhali əziyyət çəkdi. İnsanlar banklarla üz-üzə qaldı. Əhali banklardan vəsaitlərini kütləvi şəkildə geri götürdü”, – deyə millət vəkili vurğulayıb.

“Bankların bağlanması problemi həll etmir”

APA/ “Azərbaycanda bankların bağlanması və ya birləşdirilməsi problemin həlli yolu deyil”. Plenar iclasında millət vəkili Elmira Axundova deyib.Elmira Axundovanın sözlərinə görə, hazırda xaricdən ölkəyə orijinal dərmanların ucuz əvəzediciləri gətirilir

O, bank faizlərinin yüksək olmasından şikayətlənib. “Banklar 29%-lə kredit verir. Bu sahədə təklif tələbdən çoxdur. Amma sahibkarlar risk edib bu kreditləri götürə bilmir. Bundan başqa, əhali bank kreditləri üzrə borclarını qaytara bilmir. Hesab edirəm ki, artıq bununla bağlı əməli tədbirlər görülməlidir”, – deyə E.Axundova vurğulayıb.

 

 

Son xəbərlər
Digər xəbərlər