8 C
Baku
Friday, March 29, 2024

Daha bir neçə nazirlik, agentlik və komitələrin birləşdiriləcəyi gözlənilir

“Cənab Prezidentin start verdiyi kadr islahatları struktur islahatlarına paralel şəkildə mütləq davam etdiriləcək”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Prezident İlham Əliyevin son günlər imzaladığı ölkə əhəmiyyətli sərəncamlarla bağlı fikirlərini bölüşərkən bildirib.

V.Əhmədov deyib ki, prosesin davamında bir neçə qurumun ləğvinin, agentlik və komitələrin birləşdirilməsinin şahidi ola bilərik:

“Hansı nazirlik ləğv ediləcək, hansılar birləşdiriləcək, bu artıq dövlət başçısının qərarı ilə icra olunacaq. Amma struktur islahatları mütləq davam etdirilməlidir”.

Parlamentari qeyd edib ki, Nazirlər Kabinetinin strukturunda da ciddi dəyişiklik edilməsinə ehtiyac var:

“Biz 10 milyonluq əhaliyik. Dövlət aparatı çox şişirdilib. Cənab Prezidentin qarşıya qoyduğu məqsədlərin reallaşması üçün strukturun çevik olması vacibdir. Struktur islahatlarına gedilməsi həm də kadrlardan asılıdır. Mikayıl Cabbarov birdən-birə İqtisadiyyat naziri gətirilmədi. Onun bundan əvvəlki rəhbər vəzifələrdə apardığı islahatlar nəzərə alındı. Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin vahid strukturdan idarə olunması asan məsələ deyil. Bu həm böyük təcrübə, həm də məsuliyyət tələb edir. Ona görə də nazirliklərin, agentliklərin, ASC və QSC-lərin, komitələrin birləşdirilməsi gündəmdədir. Yəni kadr islahatları ilə paralel struktur islahatları da getməlidir”.

©Modern.az

Son xəbərlər
Digər xəbərlər