Qırğızıstanın dörd bankı Rusiyanın “Mir” kartları ilə əməliyyatları müvəqqəti olaraq dayandırıb, Banker.az bu barədə “TASS”a istinadən xəbər verir. Məlumata görə, ölkənin “Halyk Bank”, “Dəmir Bank” və “Qırğızıstan” bankı respublikada “Mir” kartlarına xidmət göstərməyi dayandırdığını açıqlayıb.
Xatırladaq ki, daha əvvəl ölkədə “Kompanion”, “Bakai bank” və “Doskredobank” “Mir” kartları ilə əməliyyatlar aparmağı imtina edib.
Ümumilikdə, respublika ərazisində 22 yerli kommersiya bankı fəaliyyət göstərir ki, onlardan bəziləri indiyədək “Mir” kartları ilə işləməyə başlamayıb. Hazırda Qırğızıstanda səkkiz bank “Mir” kartlarını qəbul etməyə davam edir: “RSK-bank”, “Kapital bank”, “Keremet Bank”, “Optima Bank”, “Tolubay Bank”, “Bai-Tushum Bank”, “Kyrgyzkommertsbank” və Qırğızıstan İnvestisiya və Kredit Bankı.