6 C
Baku
Sunday, December 15, 2024

Daha bir ölkə ilə Azərbaycan arasında ikiqat vergitutma aradan qaldırılacaq

Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma aradan qaldırılacaq.

Bu barədə Milli Məclisə qanun layihəsi daxil olub.

“Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər