15 C
Baku
Friday, April 26, 2024

Daha bir ölkədə COVID sertifikatları ləğv olundu

Bolqarıstanda ictimai tədbirlərdə və izdihamlı yerlərdə iştirak etmək üçün tələb olunan COVID sertifikatları bu gündən ləğv edilib.

Həmçinin ali təhsil müəssisələrinin tam iş rejimi bərpa edilib, lakin dərslərin keçirildiyi binaların mütəmadi olaraq havalandırılması və dezinfeksiya edilməsi tələbi qüvvədə qalır. Bundan əlavə, tələbələr və müəllimlərdən hələ də qoruyucu maskalar taxmaq tələb olunur.

Məhdudiyyətlərin aradan qaldırılması proqramı çərçivəsində sanitar orqanların növbəti tədbiri, martın sonuna planlaşdırılan məktəblilər üçün COVID üçün icbari test ləğv olacaq. Təxminən 6,5 milyon əhalisi olan Bolqarıstanda son sutka ərzində 472 yeni koronavirusa yoluxma halı qeydə alınıb. 10 xəstə ölüb, onlardan heç birinə peyvənd vurulmayıb.

Koronavirusdan ölənlərin ümumi sayı 36 min 282 nəfərə çatıb. Xəstəxanalarda 2201 xəstə var, onlardan 255-i reanimasiya şöbələrindədir. Ölkənin 2,05 milyona yaxın vətəndaşı tam peyvənd kursunu keçib, 1,12 milyona yaxını xəstələnib.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər