23 C
Baku
Friday, April 19, 2024

Daha bir ölkədə milli rəqəmsal valyuta peyda olacaq

Dövlətin dəstəyi ilə yaradılmış Dubai Economy şirkəti Britaniyanın Objet Tech şirkəti ilə ölkədə emCash milli rəqəmsal valyutasının yaradılması və tətbiq edilməsi ilə bağlı memorandum imzalayıb. Banker.az xəbər verir ki, Dubay sakinləri müxtəlif dövlət və qeyri-dövlət xidmətlərinin hesabının ödənilməsi üçün sözügedən bu valyutadan istifadə edə biləcəklər.

Blockchain texnologiyası əsasında yaradılmış emCash özündə, təmassız ödənişlərin dəstəklənməsi üçün Dubai Emcredit şirkətinin buraxdığı emPay pulqabısında rəqəmsal valyutanı əks etdirəcək.

EmPay BƏƏ sakinlərinə adi restoranlarda ödəniş etmək, uşaqların təhsili və kommunal xərcləri qarşılamaq, öz smartfonlarında NFC-funksiyasından istifadə edərək pul köçürmələri etməyə imkan verir.

Dubai Economy qeyd edib ki, emPay istifadəçiləri emCash ilə rəqəmsal valyutadan tamamilə təhlükəsiz olaraq istifadə edə biləcəklər.

Son xəbərlər
Digər xəbərlər