10 C
Baku
Friday, December 13, 2024

Daha bir ölkənin tənzimləyiciləri ICO riskləri ilə bağlı xəbərdarlıq etdi

Dubayın maliyyə tənzimləyiciləri ICO risklərini əhatə edən bəyanatla çıxış edib.

Dubayın Maliyyə xidmətləri idarəsinin (DFSA) bu gün ki yeni bəyanatında  ICO müqavilələr ilə bağlı risklər üzrə potensial investorlara xəbərdarlıq edib. Daha əvvəl Böyük Britaniya, Rusiya, Kanada, ABŞ, Honqkonq və digər ölkələrin agentlikləri oxşar bəyanatlar vermişdi.  Çində isə ICO tamamilə qadağan edilib.

Bununla yanaşı, DFSA-dan bildirilib ki, “hazırda bu növ məhsullar tənzimlənmir” və Dubay Beynəlxalq maliyyə mərkəzində firmalara lisenziya verilmir.

DFSA-nın iqtisadi zona çərçivəsində ICO-nun tənzimlənməsi üçün əlavə tədbirlər görəcəyi hələ ki, məlum deyil.

DFSA bəyanatı yalnızca investorlar üçün risklərə istiqamətlənib və agentliyin “ICO tokenlərinin qiymətli kağızlarla bərabərləşdirilə bilər” haqqında heç bir fikir irəli sürmür.

Son xəbərlər
Digər xəbərlər