“Volkswagen” ABŞ-ın Chattanooga şəhərində yerləşən zavodunda yeni elektromobillərin istehsalı üçün 800 milyon dollar investisiya ayırıb.
Banker.az “Finans.az”-a istinadən məlumat verir ki, bu barədə Alman avtomobil istehsalçısı “Detroit Avto Şou”da verdiyi açıqlamada deyib.
Leaf e+ elektromobil modeli qayıtdı – şarj sistemi gücləndirilib
Həmçinin şirkət açıqlamasında, sözügedən zavodda 1000 iş yerinin açıldığını və 2022-ci ildən etibarən elektrikli avtomobillərin istehsalına başlayacaqlarını söyləyib.
Qeyd edək ki, “Volkswagen” və “Ford Motor” qlobal alyansın yaradılması planları ilə bağlı bu gün brifinq keçirəcək.