22 C
Baku
Thursday, April 25, 2024

Daha bir tikinti şirkəti cərimələnib – 7 min manat məbləğində

“Rifah Plaza” MMC reklam haqqında qanunvericiliyin pozulmasına görə 7 min manat cərimə edilib.

“Report” Agentliyinin xəbərinə görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 428.7.1. (müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə) maddəsi ilə təqsirli bilinib. Bu inzibati xətaya görə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.

Nəsimi Rayon Məhkəməsinin 2 may 2019-cu il tarixli qərarından “Rifah Plaza” MMC tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılıb. Hakim Qədim Babayevin sədrlik etdiyi kollegiya əvvəlki qərarı qüvvədə saxlayıb.

Qeyd edək ki, “Rifah Plaza” MMC çoxmərtəbəli binaların tikintisini həyata keçirən şirkətdir. 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər