-1 C
Baku
Sunday, December 15, 2024

Daha dörd qurum Hökumət Ödəniş Portalına inteqrasiya olunacaq

Büdcə ödənişlərinin bank və ya ödəniş kartları vasitəsilə həyata keçirilməsinin təmin edilməsi məqsədilə yaradılmış Hökumət Ödəniş Portalının (HÖP) infrastruktur imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

Banker.az məlumat verir ki, cari mərhələsində dövlət orqanlarından Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) daxili informasiya sisteminin yaradılmış infrastruktura inteqrasiya olunması üzrə işlər başa çatdırılmışdır.

Ödəyicilər DMX üzrə ödənişlərini “Azərpoçt” MMC-nin və 42 bankın yaradılmış infrastruktura inteqrasiya olunmuş 1500-ə yaxın ödəniş məntəqəsində nağd formada və portalın internet resurslarından (www.gpp.az) istifadə etməklə ödəniş kartları vasitəsilə nağdsız qaydada həyata keçirə bilərlər.

Son xəbərlər
Digər xəbərlər