“Bank Standard”-ın “Elektron hökumət” dövlət portalının operatoru Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə əməkdaşlığı sayəsində müştərilər iş yerindən arayışı onlayn alaraq, vaxt itirmədən krediti operativ şəkildə götürə biləcəklər.
Elektron arayışların verilməsi “Bank Standard”-ın Müştərilərə Xidmət Mərkəzi ( Baş ofis) , “Arena”, “Korporativ” ,”28 May”, “Əhmədli”, “İpoteka”, “Səkkizinci”, “Mərdəkan”, “Elm”, “Sahil”, “Gəncə”, “Lənkəran” filiallarında həyata keçirilir .Yaxın müddətdə isə “Nəsimi” və “Quba” filiallarının müştəriləri də bü xidmətdən yararlana biləcəklər.
Elektron arayışlar əsasında kredit verəcək növbəti bank isə “Nikoyl Bank” -dır.
Bankla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi arasında əməkdaşlığa əsasən, artıq “Nikoyl Bank” ın müştəriləri də kredit rəsmiləşdirmələrinin icrası üçün tələb olunan müvafiq sənədləri “Elektron Hökumət” portalına müraciət etməklə əldə edə biləcəklər.