14 C
Baku
Thursday, March 28, 2024

Dahi iqtisadçılar: David Rikardo

David Rikardo keçmiş dövrün dahi iqtisadçıları arasında xüsusi ilə nəzərə çarpır. Məsələ ondadır ki, onun ali təhsili yox idi, lakin o, çox varlı idi. Bu isə Adam Smit, Con Meynard Keyns və ya Tomas Maltusa kimi dahi insanlar üçün heç də xarakterik xüsusiyyətlər deyildi. Öləndən sonra onlar öz yaxın insanlarına bizim bugünkü qəhrəman kimi 75 milyon funt miras qoya bilməmişdilər. Bu çox vacib bir məqamdır və onu göstərir ki, Rikardo sadəcə ayaqyalın bir nəzəriyyəçi deyildi, o, London birjasında milyonlarla funt qazanmağa müvəffəq olmuş, həm də öz biliklərini praktikada tətbiq etməyi bacaran bir insan olmuşdur.  Onun ideyaları isə iqtisadiyyat tarixində ən çox müzakirəyə səbəb olan məsələlər sırasında daxildir. 

Gələcək dahi iqtisadçı 1772-ci ilin aprelində yəhudi ailəsində dünyaya göz açmışdır. Rikardonun ömrünün ilk illəri Hollandiyada keçib, daha sonra onun ailəsi Böyük Britaniyaya köçüb. Təhsili isə David hələ 14 yaşında ikən atmalı olub. Məhz o vaxt o, qəti şəkildə qərar verib ki, istədiyi qədər qazana bilər və fond birjasında ticarətlə məşğul olan atasına qoşulub. Həmin dövrlərdə yəhudilərin vəziyyəti çox gərgin idi, onlara yalnız birjanın digər iştirakçılarından kənarda satışda iştirak etmək icazə verilirdi.

Kifayət qədər qısa müddət ərzində Rikardo ticarətin bütün incəliklərinə bələd olmağa başlayır. Praktika -ən yaxşı müəllimdir. Birjaya gəldikdən iki ol sonra David müəyyən müstəqillik əldə edir, artıq o, atasının işlərini idarə edərkən əvvəlki qədər ciddi nəzarət altında olmur. Amma onun atası ilə qurduğu bu kiçik ittifaq o qədər də uzun sürmür, 21 yaşı tamam olanda o, Abiqail Delvoll adlı xanımla evlənir və yəhudiliyi kavakerlər təriqətinə dəyişir, belə bir addım, onun öz doğma ailəsi ilə münasibətlərinin tamamı ilə pozulmasına gətirib çıxarır. Belə hesab olunur ki, o, evdəndikdən sonra anası onu daha heç zaman danışdırmır.

Bəlkə də çoxları belə bir addıma getməzdi, amma 21 yaşlı Rikardo, həm özünü, həm də gənc xanımını təmin edə bilərdi. Demək olar ki, o, artıq birja işində püxtələşmişdi və həmçinin o müəyyən miqdarda -800 funt sterlinq civarında start kapitala sahib olur, daha sonra o, pulu əsl var-dövlətə çevirəcəkdir.

Təqribən 25-26 yaşlarında Rikardo artıq milyoner idi. Cəmi 12 ildən sonra isə, o ümumiyyətlə birja əməliyyatlarında iştirak etməyi dayandırır. Məsələ ondadır ki, həmin vaxt bizim qəhrəman artıq o qədər varlı olur ki, daha onun yenə də pul qazanmağa ehtiyacı olmur. Rikardo başa düşür ki, onun qazandığı pul nəinki ömrünün axırına qədər onun özünə, həm də bütün nəslinə çatar. Indi öz iş vaxtını asanlıqla iqtisadiyyata sərf edə bilərdi.

 rikardoAmma qeyd edək ki, Rikardo, özünün ilk iqtisadi məqaləsini hələ iş adamı olarkən hazırlamışdır. Bu onun 37 yaşı olarkən baş vermişdir. İqtisadiyyatın özü ilə isə o, 1799-cu ildə Adam Smitin işləri ilə tanışlıqdan sonra başlamışdır.

Rikardonun ən məşhur işi isə «Siyasi iqtisadiyyatın başlanğıcı və vergi qoyma» adlı əsərdir.  Ümumiyyətlə bir çoxları Davidi siyasi iqtisadiyyatının banisi hesab edirlər. Əgər söhbət onun ideyalarından gedirsə, həqiqətən də onun inqilabi və yeni ideyaları həddindən çox idi. Bugünkü dönəmdə də ən çox əhəmiyyət daşıyan, aktual və vacib hesab olunan ideyalardan biri isə -nisbi üstünlük nəzəriyyəsidir – məhz bununla qloballaşma adlı prosesin əsası qoyulur.

Bu nəzəriyyə kifayət qədər asan izah olunur (eyni şeyi onun digər işləri haqqında demək olmur, çünki Rikardo o, iqtisdiyyatçılardan idi ki, onun işlərini oxumaq və başa düşmək olduqca çətin idi, xüsusən də ki, ona görə ki, onun yazıları riyazi materiallar ilə olduqca zəngin idi). Beləliklə, gəlin ehtimal edək ki, sizin iki ölkəniz var: Yaponiya və Almaniya (dərhal deyirəm ki, nümunə nəzəri xarakter daşıyır və gerçəklik ilə heç bir əlaqəsi yoxdur). Hər iki ölkə yalnız iki növ məhsul istehsal edə bilir: pivə və robot. Bununla yanaşı onlar bütün resurslarını bu məhsulların istehsalına yönəltməlidir, onlar özləri hansı məhsulu istehsal etməyə qərar verməlidirlər. Gəlin belə fərz edək ki, bizim ölkələrin yüz insanı və ya saatı var ki, bu məhsulların istehsalı arasında bölüşdürsün. Yaponiya 20 saat ərzində 100 litr pivə və 10 saata 1 robot hazırlaya bilər. Almaniya isə öz növbəsində 100 litr pivəni 10 saata, 1 robotu isə 20 saata hazırlayır.

Məhsulların istehsal bölgüsünün iki fərli variantını nəzərdən keçirək. Birinci halda biz belə fərz edirik ki, bu ölkələrin öz aralarında heç bir ticarət münasibətləri yoxdur. Onda Yaponiya 300 litr pivə və 4 robot istehsal edəcək, Almaniya isə əksinə 400 litr pivə və 3 robot hazırlayacaq. Ümumilikdə isə iki ölkə bir yerdə 700 litr pivə 7 robot hazırlamış olacaq. Bəs nəyə görə onda bu ölkələr daha çox, maksimal effektik əldə etdikləri sahə zərində üzərində öz səylərini cəmləməsin? Belə halda Almaniya 100 litr pivə və Yaponiya 10 robot hazırlamış olar. Belə olduqda onların istehsal etdikləri məhsulun məcmu sayı daha yüksək olar və iqtisadiyyat üçün də daha faydalıdır. Həmçinin belə olduqda ölkələr istehsal etdikləri məhsulu mübadilə etməklə özləri üçün xeyir əldə edə bilər.  Onlar sadəcə çatışmayan məhsulu çox olan məhsul ilə dəyişə bilə (məsələn robotu pivə ilə).

Nisbi üstünlük nəzəriyyəsinə bu gün nəinki iqtisadiyyata aid bütün kitablarda rast gəlmək mümkündür və ya ali təhsil ocaqlarında tədris olunur, o həm də qloballaşmanın əsasında dayanır. Bu zaman hətta çox da böyük olmayan və hansı isə məhsulların istehsalında üstünlüyə malik olmayan ölkələr müəyyən fayda əldə edilər.

Ola bilsin ki, nisbi  üstünlük nəzəriyyəsi  -Rikardonun ən vacib və tanınmış işidir, amma bu onun heç də yeganə əsəri deyil. Məşhur iqtisadçı dəyər, kapital, renta, pul, istehsal və əməkhaqqı nəzəriyyələrinə həsr olunmuş çoxsaylı əsərlər yazmışdır. Onlardan bəziləri yararsız hesab olunsa da, bəziləri bu gün də istifadə olunur və müasir iqtisadiyyatda özünü müvəffəqiyyətlə doğruldur. Rikardo hesab edirdi ki, dövlət iqtisadiyyata qarışmalı deyil, onun vəzifəsi vergilər yığmaqdır.

O da məlumdur ki, David Rikardo Tomas Maltusanın yaxın dostu olub. Bununla əlaqədar bəziləi deyirlər ki, bəzi məsələlər ilə bağlı Rikardonun dünyagörüşü məhz Maltusanın yaradıcılığının təsiri nəticəsində formalışıb. Yəni Rikardonun bəzi məsələlərə yanaşmasına onun əsərlərindən aldığı təəssürat çox təsir göstərib (xüsusən də bu təsir əməkhaqqı nəzəriyyəsi ilə bağlı daha yadın gözə çarpır). Düzdür, bəlkə də bəzi aspektlərdə bu həqiqətən belə idi, amma əksər hallarda Rikardo və Maltusanın bu və ya digər məsələlər ilə bağlı fikirləri bir-birinə zidd gedirdi. Bu iki nəfər həmişə mübahisə edərdilər, istər yazışmalarda, istər şəxsi görüşlərdə, istər də dəbdəbəli ziyafətlərdə. Xoşbəxtlikdən onlar bu qaynar mübahisələri dostluğa heç nə ilə mane olmurdu. Rikardo Adam Smitin işlərindən ilham alırdı, amma eyni zamanda onun baxışlar Adam Smitin dünya haqqındakı təsəvvürlərindən əhəmiyyətli dərəcədə fərqlənirdi. Rikardo iqtisadi böhran keçirməli olmuşdu və bu onun iqtisadi görüşlərinə öz möhürünü vurmuşdu, Karlayl isə onun yaradıcılığındakı bu xüsusiyyəti «zülmət elm» adlandırır.

Maraqlıdır ki, iqtisadiyyat aləmində David Rikardonun adı həm də «rikardian qüsuru» adlı terminlə məşhurdur. Bu “xəstəlikdən” bir çox iqtisadçıların əziyyət çəkdiyi ehtimal olunur, o cümlədən Con Meynard Keys. Belə bir xəstəliyin mövcudluğunu həmin iqtisadiyyatçıların əsərlərində riyaziyyata həddindən artıq, aşırı  dərəcədə yer verilməsi ilə izah olunur. Bu əsrləri isə heç də hər bir adam rahatlıqla başa düşə bilmir.

Uğurlu iş adamı və elmi fəaliyyəti ilə yanaşı Rikardo həm də İngiltərə parlamentinin icmalar palatasının üzvü olması ilə də məşhurdur, yəni bu insan  həm də siyasi arenada özünə layiqli mövqe tuta bilmiş, fərqlənməyi bacarmışdır. Razılaşın ki, bütün bunlar heç də adi nəticələr deyil və keçmiş dövrün heç də hər iqtisadiyyatçısı belə əzəmətli nailiyyətlər ilə öyünə bilməzdi.

11 sentyabr 1823-cü ildə David Rikardo vəfat edir. Bu zaman onun 51 yaşı var idi. O, öz ailəsinə,  xanımı və övladlarına 75 milyon funt sterlinq civarında miras qoyur.

Son xəbərlər
Digər xəbərlər