32 C
Baku
Friday, May 30, 2025

Dahi reklamçıların sitatları

Reklam sənayesinin klassiklərinin və banilərinin reklamın mahiyyəti haqqında fikirləri

Reklam işinin pioneri olan Klod Hopkinsin ilk yazılarının dərc olunmasından artıq yüz ildən çox keçib, amma hələ də ondan sitat gətirir və onun fikirlərinə istinad edirlər.

Həmçinin onun fikriləri hələ də mübahisə doğurur. Devid Oqilvi və Leo Bernettanın fikirlərindən bir neçə reklamçı nəsilləri bəhrələnib. Həmçinin Beqbederin “həqiqət”-lərini unutmaq olmaz.

Sizə məşhur şəxsiyyətlərin reklam haqqında bəzi fikirlərini təqdim edirik.

Devid Oqilvi (1911 -1999)

ogilvy

İngiltərədə dünyaya göz açıb, amma tale onun üzünə məhz Amerikada gülüb. Onun formasını dünyanın 30-dan çox ölkəsində bölmələri fəaliyyət göstərirdi və o, özünü dünyəvi insan kimi görürdü. O, sağlığında şöhrət qazanmış və öz liderlik və yaradıcılıq prinsiplərinin özünü doğrultmasına əmin olmuşdur.

Reklam dünyasında “oqilvizm” termini geniş yayılmışdır. Bu termin öz başlanğıcını Devidin kitabından götürür. Həmin kitab reklam fəaliyyətinin mahiyyətini parlaq və ifadəli şəkildə illüstrasiya edir. Onun yazıları müxtəlif sitatlara çevrilmiş və reklam dünyasındakı iş adamları tərəfindən bu gün də reklam fəaliyyətində tətbiq edilir.

  • Alıcı axmaq deyil, o sənin xanımındır.
  • Əgər reklam haqqında danışırlarsa, bu pis reklamdır. Əgər məhsul haqqında danışırlarsa, bu yaxşı reklamdır.
  • İntuisiya həddindən artıq baha başa gələ bilər.
  • Böyük ideyalar – adətən adi ideyalardır.
  • Diletantlarla (həvəskarlarla) işləmək bəzən peşəkarları həvəsdən salır.
  • Qiymət nə qədər yüksək olsa məhsul alıcının gözündə bir o qədər arzulanan olur.
  • Reklam məqsədi tamaşaçını əyləndirmək deyil, məhsulu satmaq olmalıdır.
  • Heç zaman elə reklam yaratmayın, hansını ki, öz ailənizin görməsini istəməzdiniz.
  • Öz xanımınıza yalan demək istəməzdiniz, onda mənim də xanımıma yalan deməyin.
  • Öz reklam agentliyinizlə yaradıcılıq məsələlərində rəqabət etməyin. İt olan yerdə, sizin ulamağınıza nə gərək var. .
  • Effektiv reklama bir milyon yatırım daha çox məhsul satır, nəinki qeyri effektiv reklama 10 milyon yatırım.

Klod Hopkins (1866-1932)

444

Reklam işinin məşhur pioneri, ustad və öz işinin dahisi Klod Hopkins uzun illərini reklam sahəsinə həsr etmişdir. Devid Oliqvi onun işi haqqında deyirdi: Hopkinsi kitabını ən azı 7 dəfə oxumayanı, reklam işinə ümumiyyətlə yaxın buraxmaq olmaz”.

  • Bəzən hətta adi reklam başlığının dəyişməsi effektivliyi 5-10 dəfə artırır.
  • Sizin reklamla bağlı problemlərinizin həllini tapmağın yeganə bir üsulu vardır – öz alıcınızdan soruşun. Bu ən son instansiyadan alınan həqiqətdir.
  • Reklamda işləyənlər öz rolları haqda unudurlar. Onlar unudurlar ki, onlar satıcıdır, onlar reformator olmağa çalışır. Satış əvəzinə onlar alqış axtarırlar.
  • İnsanlar klounlardan nəsə almaq istəmir.
  • Reklamda da çətinlik göydələn inşaatında olduğu qədərdir. Bu problemlərin böyük əksəriyyəti binanın təməli ilə bağlıdır.
  • Əyləndirici reklamı maraqla izləməyi sevən insanlar ilə məhsulu almaqda maraqlı olan alıcılar arasında oxşar heç nə yoxdur.

Leo Bernett (1891 -1971)

8599155 R3L8T8D 500 leo burnett

Leo Bernet böyük depressiya illərində öz reklam agentliyini açmağa qərar verəndə, o, öz sığorta polisini və mənzilinin sənədlərini girov qoyaraq, 50 min dollar borc götürdü.

Onun bütün dostları deyirdi ki, Leo başını itirib və 6 ay keçməz, o da bazarda alma satmalı olacaq. Cavabda isə Bernett onlara bildirirdi: “heç də belə olmayacaq. Mən almaları pulsuz paylayacağam”. Bu gün Bernett agentliyinin hər bir ofisində masaların üstündə bir vaza alma var ki, onlara şirkətin mənəvi atasını və onun gələcək barədə düşüncələrini xatırlatsın. Agentlik bu gün də il ərzində 750.000-dən çox pulsuz alma paylayır.

  • Əgər siz sadəcə orijinallıq xətrinə orijinal olmaq istəyirsinizsə, onda səhər işə corablarınızı ağzınıza keçirərək gələ bilərsiniz.
  • Hər axmaq pis reklam yaza bilər, amma yaxşı reklama xələl gətirməmək üçün həqiqətən də dahi olma lazımdır.
  • Reklam biznesin ürək döyüntülərini duymaq və onları kağız, söz və rənglərin vasitəsi ilə çatdırmaq qabiliyyətidir.
  • Əgər siz gözə çarpmırsınızsa demək heç nə əldə edə bilmirsiniz. Sizə lazımdır ki, diqqət çəkəsiniz, amma hay-küysüz və yalansız.
  • Mən o insanlardanam ki, reklamın ən başlıca təhlükələrindən biri kimi onun yalan informasiya verə biləcəyini deyil, darıxdırıcı olacağını görürəm.
  • Həyatın hər üzünə qarşı maraq – əzəmətli yaradıcı insanların əsas sirri budur.
  • Sadəcə yaxşı reklam hazırlayın və pullar özü gələcək (Just make a good ad and money will come).
  • İstənilən orijinal reklamın əsas sirri – heç də onun yeni sözlərdən və şəkillərdən istifadəsində deyil. Əsas sirr insanlara məlum sözlər və şəkillər vasitəsi ilə yeni qarşılıqlı əlaqələrin yaradılmasıdır.

Uilyam Bernbax (1911 -1982)

reklams

Uilyam Bernbax Amerika reklamı tarixində əfsanəvi bir simadır. O, DOB (Doyle Dane Bernbach) agentliyin banislərindən biri və Volkswagen Beetle üçün düzəldilən «Think Small» XX əsrin ən yaxşı reklam kampaniyasının müəllifidir. Uilyam Bernbax daim yaddaşlarda müasir reklamın atası kimi qalacaq. O, reklamın dürüst ola biləcəyini və cəmiyyətə faydalı ola biləcəyini sübut etməyi bacarmışdır. O, hər zaman yaradıcı adamlara üstünlük verirdi, nəinki ixtisaslı, lakin istedadsız şəxslərə.

  • Reklam dəqiq elm deyil, bu təlqindir. Təlqin isə – incəsənətdir.
  • Böyük reklam kampaniyası pis məhsulun uğursuzluğunu sadəcə sürətləndirəcək. Beləliklə daha çox insan məhsulun pis olduğundan xəbər tutacaq.
  • Sizin yazdığınız hər şey, səhifədəki hər şey, hər söz, hər simvol, hər bir kölgə sizin təqdim etmək istədiyiniz təklifi təşviq etməlidir.
  • Bizim işimiz müştəriyə özümüzü deyil, məhsulu tanıtmaq və məhsulu satmaqdır. Biz özümüzü ağıllı göstərməkdən imtina etməli və özümüzün deyil, məhsulun parlamasına imkan yaratmalıyıq.
  • Əgər sizin reklam digərlərindən seçilmirsə, bu özünə qəsdə bərabərdir.

Reklam üzrə mütəxəssislərin fikirləri

  • Televizorda göstərilməyənə qədər heç nə real mövcud deyil. Deniel Burstin
  • Yaxşı dizaynerlər nadir halda yaxşı reklamçı olur, çünki onlar zahiri gözəlliyə aludə olub, məhsulun satışını unudurlar. Ceyms Randolf Adams
  • Təbiətdə Kütlə Şüuru deyilən anlayış yoxdur. Kütlə şəxsiyyətlərdən ibarətdir. Ona görə də, yaxşı reklam həmişə bir insanın digərinə müraciətdir. Amma hamıya yönəlmiş reklam heç kəsə toxunmur. Ferfaks Koun.
  • Strategiyasız yaradıcılıq incəsənət adlanır. Strategiyalı yaradıcılıq isə reklam adlanır. Ceff Riçards.

Yazıçılar reklam haqqında

  • Reklam bizə izah etməlidir ki, hansı məhsullar olmasa biz yaşaya bilmərik. E.Makkenzi
  • Reklam seçim imkanını öldürür. Duqlas Kouplend
  • Reklam boş vedrənin içərisində çubuqla salınan səs-küy kimidir. Corc Oruell
  • Reklam qanuni yalandır. Herbert C. Uells
  • Reklam yarıgerçəki tam yalana çevirməyin ən mahir üsuludur. Edqar Xou.
  • Bizim bu günümüzün gerçək şairləri reklam agentliklərində xidmət göstərirlər. Tennesi Uilyams.
  • Hər millətin ideallarını asanlıqla reklam elanlarına əsasən müəyyən etmək olar.
  • Düzgün reklam sayəsində bir çox xırdalıqlar bu gün əhəmiyyət kəsb etməyə başlayıb. Mark Tven.
  • Reklam insanları əvvəllər haqqında heç eşitmədikləri bir məfhuma ehtiyac duymağa məcbur etmək üçün bir vasitədir. Marti Larni
Son xəbərlər
Digər xəbərlər