-1 C
Baku
Sunday, December 15, 2024

“Dahi saxtakar” 15 xəstəni necə sağaldır?

Bu şəkildəki insanın adı Ferdinand Waldo Desmarais-dır və o daha çox “Dahi saxtakar” ləqəbi ilə tanınır. Bəs onu niyə belə adlandırırdılar?

O özünü Benedikt monarxı, həbsxana müdiri, məhkəmə həkimi, dayəlik üzrə mütəxəssis, mühəndis, şerif, diplomlu psixoloq, vəkil, sanitar, müəllim, redaktor və xərçəng xəstəliyinin müalicəsini araşdıran həkim kimi qələmə vermişdi. Lakin heç vaxt bu yalanlarla pul qazanmaq fikrində olmayıb. Ona lazım olan tək şey – ətrafdakıların hörmətini qazanmaq idi. O həmçinin çox güclü visual yaddaşa və yüksək IQ səviyyəsinə sahib idi.

Desmarias 16 yaşı olduqda evdən qaçır və bir neçə ilini rahibləri keçirdikdən sonra, 1941-ci ildə orduya, daha sonradan isə donanmaya yazılır. Bu zaman özünü zabit kimi qələmə verməyə çalışır. Lakin bu alınmadıqda saxta intihar təşkil edir və özünü dini əsaslı psixoloq olan Robert Linton Frenç kimi təqdim edir. “Psixoloq” Pensilvaniya və Vaşinqton kolleclərində psixologiya dərslərini tədris edirdi.

Bir müddət sonra o hərbidən qaçdığı üçün 18 aylıq həbs cəzasına məhkum edilir. Sərbəst buraxıldıqdan sonra isə saxta sənədlər yaradır və Şimal-Şərq universitetində hüquq öyrənir. Bundan sonra isə yünidən rahiblərin yanına qayıdır. O burada bu gün ki hələ də fəaliyyət göstərən kollec yaradır. Desmarias kilsədə gənc həkim Cozef Sir ilə tanış olur, sonradan onun adından istifadə edərək özünü cərrah kimi qələmə verir. Koreya müharibəsi zamanı o leytenant rütbəsi, məhkəmə həkimi vəzifəsini qazanır və Kanada gəmisində Koreyaya göndərilir. O burada xəstələri pensillin vasitəsilə əla şəkildə müalicə edir. Bir dəfə “həkimin” qəbuluna 16 ağır yaralı əsgər gətirilir və onları təcili əməliyyat etmək lazım idi. Desmarias gəmidəki yeganə həkim idi. O personala yaralıları hazırlamağı və əməliyyat otağına aparmağı əmr edir. Özü isə öz otağında cərrahiyyəyə aid kitabı açaraq oxumağa başlayır.

Desmarias tək halda bütün əməliyyatları bir-bir həyata keçirir. Əməliyyat zamanı əsgərlərdən biri dünyasını dəyişsə də, digər 15 əsgər xilas olur. Bütün qəzetlər fəxrlə onun haqqında yazmğa başlayır. Təsadüfən əsl Cozef Sir-in anası bu məqaləni oxuyur və yalanın üstü açılır. Gəmi kapitanı uzun müddət öz gəmi cərrahının tibblə heç bir əlaqəsinin olmadığına inana bilmirdi. Kanada rəhbərliyi Desmariasa qarşı heç bir ittiham irəli sürməməyi qərara alır və o ABŞ-a geri qayıdır.

Bundan əlavə, “dahi saxtakar” Texas həbsxanasında müdir köməkçisi vəzifəsində də bəxtini sınamışdı. O burada cinayətkarların psixoloji cəhətdən yoxlanması üçün ciddi proqram yaratmışdı. Bütün bu saxtakarlıqların sahibi 1982-ci ildə ürək çatışmazlığından dünyasını dəyişir. Onun haqqında bir neçə kitab yazılmış, film və serial çəkilmişdir.

Son xəbərlər
Digər xəbərlər