2 C
Baku
Saturday, December 14, 2024

Dahiyanə marketinq ideyaları

1. Kişi kostyumlarının satışı ilə məşğul olan mağazanın sahibi satışları artırmaq istəyirdi. O dövlətin xüsusi sikkələrini xatırladan min müxtəlif sikkə sifariş verdi. Bu sikkələr platin, qızıl və gümüşlə örtülü idi və bütün mağazalar arasında bölüşdürülmüşdü. Müştəri kostyum aldıqda satıcı onun xəbəri olmadan pencəyin cibinə bu sikkələrdən birini qoyurdu.

Güman edilirdi ki, daha sonradan bu əsl sikkəyə bənzər sikkəni gördükdə müştəri onu öz qohumlarına, tanışlarına, ətrafındakı insanlara göstərəcək və pencəyi aldığı mağazanın adını da onlara xatırladacaq. Bundan sonra bir ay ərzində şirkət satışlarında nəzərə çarpacaq bir dəyişiklik olmadı. Lakin artıq növbəti ayda şirkətin satışları 3,5 dəfə artdı.

2. ABŞ-da məşhur restoranlar şəbəkəsinin sahibi marketinqə çox az pul xərcləyirdi. Buna baxmayaraq, onun restoranında həmişə çoxlu müştəri olurdu. Bəs o buna necə nail olurdu? O hər dəfə yeni bir restoran açdıqda möhtəşəm bir ziyafət təşkil edir və şəhərin bütün saç ustalarını dəvət edərdi. Onlar əylənir və mağaza sahibinin hesabına dadlı yeməklərdən yeyərdilər. Səhər isə yüksək əhval-ruhiyyə ilə işə gedərdilər.

Bəs saç ustaları necə işləyir? Elədir ki, var. Onlar hər gün müştərilərlə ünsiyyətdə olurlar. Bir neçə həftə ərzində gözəl vaxt keçirməyin mümkün olduğu möhtəşəm restoran barədə məlumatlar bütün şəhərə yayılır.

3. Hələ 20-ci əsrin əvvəllərində rusiyalı sahibkar Nikolay Şustov onlarla tələbə işə götürmüşdü və bu tələbələr bütün Moskva barlarını gəzərək “Şustov” konyakları tələb etməli idilər. Onların istədiklərini vermədikdə isə onlar dava salırdılar. Yerli mətbuat bu haqda yazmağa başladı və bütün şəhər yeni spirtli içki brendi ilə tanış oldu.

Son xəbərlər
Digər xəbərlər