12 C
Baku
Cümə, Dekabr 3, 2021

“Daimler” “Renault”dakı payını 362 mln. dollara satıb

“Daimler” “Renault”dakı payını 362 milyon dollara satıb.

Banker.az xəbər verir ki, şirkətlər səhmdar əlaqələrini kəssələr də, sənaye tərəfdaşlığını davam etdirməyi planlaşdırırlar. Qeyd edək ki, “Daimler” həm də “Nissan”da 3.1%-lik paya sahibdir.

2021-ci ilin mart ayında “Renault” “Daimler”dəki səhmlərini 1.15 milyard avroya satmışdı, may ayında isə eyni addımı “Nissan” da atmışdı.

“Renault”, “Nissan” və “Daimler” 2010-cu ildən əməkdaşlıq edirlər. Eyni zamanda şirkətlər arasında səhm mübadiləsi mövcuddur. “Renault” və “Nissan” “Daimler”dəki 3.1% payı bərabər bölüblər.

“Renault” və “Nissan” 2018-ci ildən başlayaraq, şirkətlərin gəlirliliyini bərpa etməyə çalışırlar. Belə ki, həmin ildə “Nissan”ın rəhbəri Karlos Qon Yaponiyada gəlir hesabatlarının saxtalaşdırılmasına görə həbs edilib. Qon özü bütün ittihamları rədd edib və bunu rəhbərliyin “Nissan”, “Renault” və “Mitsubishi”ni birləşdirmək planına mane olmaq üçün sui-qəsd adlandırıb.

Son xəbərlər
Oxşar xəbərlər
X