14 C
Baku
Thursday, April 25, 2024

Dalio, Baffet və digər investorlar kriptovalyutaların gələcəyi haqqında nə deyirlər?

Bitkoin $30 mindən psixoloji həddən aşağı düşdü, sonra $31 minə  qalxdı. Kriptovalyutanın qiymətinin kəskin düşməsi ilə əlaqədar investorların 40%-dən çoxu zərər etdi və buna görə strategiyalarını yenidən nəzərdən keçirməyə başladı. Rey Dalio və Uorren Baffet kimi tanınmış investorlar bitkoin haqqında müxtəlif açıqlamalar verir.

100 dəfə artacaq və ya $25-dan aşağı enəcək

“PayPal”ın təsisçisi və “Facebook”un ilk investorlarından biri Piter Til aprel ayında Mayamidə keçirilən “Bitcoin Conference 2022” konfransında çıxış edərkən bildirib ki, kriptovalyutaların yayılması qaçılmaz olaraq “kağız pul rejimi”nin süqutuna gətirib çıxaracaq.

Til əlavə olaraq deyib ki, dünyanın mərkəzi bankları iflasa yaxınlaşır və bu baş verəndən sonra bitkoinin necə inkişaf edəcəyini hamımız görəcəyik. O, həmçinin kriptovalyuta bazarının dünyada ən dürüst və səmərəli olduğunu söyləyir və bitkoinin indiki səviyyələrdən 100 dəfə artacağına iddia edir.

Bu ümidlərin yaxın gələcəkdə gerçəkləşməsinə mane olan tək şey bitkoinin qızılın ekvivalentinə çevrilməsinə imkan verməyən “maliyyə gerontokratları”dır. Piter Til bitkoinin əsas düşməninin milyarder Uorren Baffeti adlandırır. O, “Omahadan olan sosiopatik baba” epitetini qazanıb. Baffetlə yanaşı, kriptovalyutaların “inqilabi hərəkatının” əleyhdarları arasında həm də “JPMorgan” bankının rəhbəri Ceymi Daymon və “BlackRock” investisiya şirkətinin baş direktoru Lerri Fink hesab olunur.

“Berkshire Hathaway”ın sahibi Uorren Baffet həqiqətən kriptovalyutaların ən ardıcıl tənqidçilərindən biridir. Onun sözlərinə görə, bitkoin “siçovul zəhərinin kvadratıdır”, kriptovalyuta bazarı isə “şübhəli şəxslərin anlamadığı şeyləri alaraq varlanan qonşularına baxıb varlanmaq arzusunda olan insanların olduğu” yerdir.

İnvestor bu yaxınlarda, aprelin “30-da Berkshire Hathaway” səhmdarlarının illik yığıncağında hətta dünyanın bütün bitkoinləri üçün 25 dollar belə verməyəcəyini söylədikdə reputasiyasını möhkəmləndirdi.

Buffett izah etdi ki, bu, onun üçün mənasız bir aktivdir, çünki o, mənfəət gətirmir – onun böyüməsi yalnız hər bir sonrakı alıcının əvvəlkindən daha çox pul ödəməsi şərti ilə mümkündür. Bundan əlavə, o qeyd edib ki, ölkədə yalnız bir valyuta ola bilər və ABŞ heç vaxt başqa valyutanın dolları əvəz etməsinə icazə verməz.

Hər şey o qədər də birmənalı deyil

“Omaha orakulu”ndan fərqli olaraq, bitkoinin digər əleyhdarları öz mövqelərində o qədər də möhkəm deyillər. Ceymi Daymon bu yaxınlarda verdiyi müsahibədə etiraf etdi ki, o, hələ də kriptovalyutalara şübhə ilə yanaşsa da, bəzi hallarda bu texnologiyanın bank sisteminin ləng olması ilə bağlı problemləri həll edə biləcəyini etiraf eləyir:

“Məsələn, xaricdə yaşayan tanışınıza $200 göndərmək istəyirsinizsə, bu sizə bir neçə həftəyə və $40 dollara başa gələ bilər. Rəqəmsal valyutanın köməyi ilə bunu bir neçə saniyə ərzində etmək olar”.

Daymon zaman keçdikcə əksər oyunçuların, o cümlədən bankların rəqəmsal valyutadan istifadə etməyə başlayacağını iddia edir.

Telin siyahısındakı üçüncü “düşmən”ə gəlincə, Lerri Fink “BlackRock”un “müştərilərə daha yaxşı xidmət göstərmək üçün rəqəmsal valyutaları, stabilkoinləri və onların əsasında olan texnologiyaları yaxından öyrəndiyini” etiraf deyir. Finkin sözlərinə görə, onun kriptovalyuta potensialına münasibətinin dəyişməsinin səbəbləri arasında Rusiyanın Ukraynadakı “xüsusi əməliyyat”ı da var. O, ehtimal edir ki,  bu hadisələr katalizator rolunu oynaya bilər və fiat valyutalardan asılılığı azaltmaq üçün dünya hökumətlərini Qərbin sanksiyalarından əziyyət çəkən Rusiya nümunəsinə baxmağa sövq edə bilər.

“Qlobal, yaxşı düşünülmüş rəqəmsal ödəniş sistemi pulların yuyulması və korrupsiya risklərini azaldaraq beynəlxalq əməliyyatları gücləndirə bilər, – deyə Lerri şirkətin səhmdarlarına yazıb.

Kriptovalyutalara investisiya sahəsində risklərlə yanaşı, fürsətləri də görən “Bridgewater Associates” hedcinq fondunun təsisçisi Rey Daliodur. Onun fikrincə, bitkoin inflyasiyadan qorusa da, qızıla uduzur. Kriptovalyutalardan qoruyucu aktiv kimi istifadənin riskləri arasında o, məxfilik məsələlərini vurğulayır: “Kriptovalyuta əməliyyatları izlənilə, ləğv edilə və qeyri-qanuni elan edilə bilər”. Bu baxımdan qızıl daha etibarlı və cəlbedicidir. Eyni zamanda Dalio investorlara öz portfellərində həm qızıl, həm də bitkoinləri saxlamağı tövsiyə edir.

Bu yaxınlarda kriptovalyutalar haqqında fikirlərini yenidən nəzərdən keçirən digər investorlardan biri milyarder Mark Kyubandır. İndi Kyuban özü kriptovalyuta və blokçeyn layihələrinə sərmayə qoyur və yaxın gələcəkdə bazarın konsolidasiyasını gözləyir.

Sahibkar, investor və “Shark Tank” televiziya şousunun ulduzu Kevin O’Liri 2021-ci ilin yanvarında bitkoini “heçnəsiz hamburger” adlandırıb – qeyri-likvid və zəif tənzimlənən aktiv. Buna baxmayaraq, o, streyblkoinlərə inanır, Kanada və BƏƏ kimi ölkələrin kriptovalyutalara maraq göstərməsi fonunda onlara münasibəti dəyişdirir.

Kriptovalyutaların digər əleyhdarı Nuriel Rubini deyir ki, kriptovalyutaları valyuta adlandırmaq ümumiyyətlə düzgün deyil, çünki onlar miqyaslı ödəniş vasitəsi sayılmır. “Əgər qumar oynamaq istəyirsinizsə, Las-Veqasa gedin”, – Nuriel Rubini deyir. “Bloomberg”ə verdiyi müsahibədə Rubini bildirib ki, ABŞ dolları həddən artıq çox çap etdiyi üçün valyuta indi təhdid altındadır, buna görə də yeni, daha davamlı alətə ehtiyac var. Digər kriptovalyutalardan fərqli olaraq, Rubini vurğulayır ki, onun tokeni qızıl, qısamüddətli istiqrazlar və ABŞ daşınmaz əmlakı da daxil olmaqla real aktivlərlə dəstəklənəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər