15 C
Baku
Friday, March 29, 2024

Danimarka enerji böhranına görə əhaliyə $664 mln. dəyərində yardım paketi ayıracaq

Danimarkanın hakimiyyət orqanları elektrik enerjisinin bahalaşması fonunda əhaliyə 5,05 milyard kron (664 milyon dollar) həcmində yardım paketi barədə razılığa gəlib.

Bu barədə Danimarkanın maliyyə naziri Nikolay Vammen deyib.

2023-cü ilin birinci yarısında elektrik enerjisinə vergilər bir kVt/saata görə 69,7 eredən (9 sent) 0,8 ereyə (0,1 sent) endiriləcək. Bu, büdcəyə 3,5 milyard krona (460 milyon dollar) başa gələcək. Yardım paketinə elektrik enerjisi, qaz və mərkəzi isitmə xərclərinin bir qismini hissə-hissə ödəmək imkanı da daxildir. Həmçinin 2023-cü ilin yanvar ayında hakimiyyət orqanları hər uşaq üçün 660 kron (87 dollar) yardım ayıracaq.

Həftənin əvvəlində ölkənin Mərkəzi Bankı artan enerji qiymətlərinin ev təsərrüfatlarına və müəssisələrə təsirini yumşaltmaq üçün atılacaq addımlara qarşı çıxıb. Tənzimləyicinin fikrincə, bu tədbirlər elektrik enerjisinin qiymətinin daha da artmasına və enerjiyə qənaət sisteminin pozulmasına gətirib çıxara bilər.

Avqust ayında Danimarkada inflyasiya 8,9 faizə çatıb. Bu, 1983-cü ildən bəri ən yüksək göstəricidir. Ölkədə əsasən ərzağın, işığın, qazın qiymətində kəskin bahalaşma müşahidə olunur. Ötən ilin analoji dövrü ilə müqayisədə ərzaq məhsullarının və alkoqolsuz içkilərin qiyməti 15,9 faiz bahalaşıb.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər