21 C
Baku
Saturday, May 4, 2024

Danimarka ruslara kron satışını qadağan edir

Danimarka hökuməti Rusiya rezidentlərinə Danimarka kronu və qiymətli kağızların satışını qadağan etmək niyyətindədir. Bildirilir ki, hazırda səlahiyyətli orqanlar müvafiq qanun layihəsi hazırlayır.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir ki, bu qanun layihəsinin təkcə ruslara deyil, beloruslara da təsir edəcəyi güman edilir. Xatırladaq ki, bundan əvvəl Avropa İttifaqı Rusiyaya avro əsginaslarının satışına və ixracına qadağa qoymuşdu.

“Hökumət təcili olaraq Danimarka kronunun və kronla ticarət edilən qiymətli kağızların Rusiya və Belarusun fiziki və hüquqi şəxslərinə verilməsini və ya satışını qadağan edən qanun təqdim edəcək”, – deyə mesajda vurğulanır.

Qeyd olunur ki, Danimarka hökuməti “Avropa sanksiyalarına uyğun gələn” məhdudiyyətlər tətbiq edəcək. Qanun həmçinin Rusiya və Belarusun rezidentlərinə “Danimarka kronu ilə əsginas və sikkələrin satışı, çatdırılması, köçürülməsi və ya ixracını” qadağan edəcək.

Qurumun məlumatına görə, qanunu pozanlar 4 aya qədər həbs oluna bilər.

Rusiyanın bankları da Qərbin sanksiyalarına məruz qalıb. Bunun fonunda Rusiyada nağd pula tələb artıb, insanlar kütləvi şəkildə pullarını nağdlaşdırmağa başlayıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər