19 C
Baku
Sunday, May 19, 2024

Danimarka şirkəti Azərbaycan üçün külək turbinləri istehsal edə bilər

Dünyanın ən iri külək turbinləri istehsalçılarından olan Danimarkanın “Vestas” şirkəti Azərbaycan üçün külək turbinləri istehsal edə bilər.

Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün “X” hesabında məlumat verib.

“Vestas” şirkətinin vitse-prezidenti Morten Dyrholm ilə Azərbaycanın Yaşıl Enerji layihələri və planları barədə fikir mübadiləsi apardıq və ölkəmizdə külək turbinlərinin istehsalı imkanlarını nəzərdən keçirdik”, – deyə, nazir əlavə edib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər