9 C
Baku
Friday, December 13, 2024

Danimarka Ukraynaya 45.3 mln. dollar ayırıb

Danimarka Ukrayna Silahlı Qüvvələri üçün silah və texnikanın alınması üçün Böyük Britaniyanın Ukrayna Beynəlxalq Fonduna 300 milyon kron (45.3 milyon ABŞ dolları) verəcək.

Bu barədə Danimarka Müdafiə Nazirliyi mətbuata açıqlamasında bildirib.

Vəsait Danimarka Müdafiə Nazirliyinin ehtiyat fondundan ayrılacaq. Bununla bağlı hökumətlə parlamentdəki partiyalar arasında razılıq əldə olunub.

Danimarkanın Ukraynaya hərbi yardımı indiyədək təxminən 510 milyon avro, mülki yardım isə 147 milyon avro təşkil edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər