Danimarkada smartfona qurulmuş xüsusi mobil tətbiq vasitəsilə sürücülük vəsiqəsini göstərmək mümkün olacaq.
“Belta.by” saytına istinadən, sürücüyə öz sürücülük vəsiqəsinin mövcud olmasını sübut etmək üçün yalnız smartfon lazım olacaq. 2020-ci ilin sonuna xüsusi mobil proqramın artıq əlçatan olacağı gözlənilir.
Danimarka Maliyyə Nazirliyinin məlumatına görə, sürücülük vəsiqəsi oxşar tərzdə təqdim edilən ilk rəsmi sənəd olacaq.
Həmçinin bildirilib ki, sürücülük vəsiqəsinin rəqəmli versiyasını adi vəsiqə ilə birgə istifadə etmək mümkün olacaq.