10 C
Baku
Thursday, December 12, 2024

Danimarkada sərt karantin rejimi uzadıldı

Danimarka hökuməti koronavirusla mübarizədə tətbiq edilən məhdudiyyətləri daha 3 həftə uzadıb.

Bu barədə ölkənin Baş naziri Mette Frederiksen məlumat verib. Bildirib ki, koronavirusun mutasiyaya məruz qalmış yeni növü sürətlə yayıldığı üçün ölkədə sərt karantin rejimi fevralın 28-dək uzadılıb.

İbtidai sinif şagirdlərinin normallaşma çərçivəsində ilk növbədə məktəbə qayıtmasının planlaşdırıldığını vurğulayan Baş nazir məhdudiyyətlərin ötən ilə nisbətən yüngül olacağını vurğulayıb.

Qeyd edək ki, dekabrın 16-da Danimarkada qəbul edilən qərara əsasən, market və apteklər xaricində bütün mağazalar bağlanıb. Dövlət işçiləri evlərinə göndərilib və təhsil müəssisələri distant təhsilə başlayıb.

Yanvarın 5-də alınan qərarla yalnız 5 nəfərin bir araya gəlməsinə icazə verilib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər