12 C
Baku
Wednesday, December 11, 2024

Danimarkanın Baş naziri istefa verib

Danimarka Kraliçası II Marqaret bu gün ölkənin Baş naziri və sosial-demokrat partiyasının sədri Mette Frederikseni qəbul edib.

Bu barədə Baş nazir partiya liderləri ilə debatı zamanı məlumat verib.

Frederiksen qeyd edib ki, 1 noyabrda parlamentdə keçirilmiş seçkilərin nəticələri və özünün vəzifədən istefa verməsi barədə kraliçanı məlumatlandırıb.

“Mən kraliçaya seçkilərin nəticələri barədə məlumat verdim. Hökumətdəki vəzifəmdən istefa etmək üçün ərizə ilə müraciət etmişəm. Parlamentdə təmsil olunan partiyalar danışıqlar aparmalıdır və bunun nəticəsi olaraq yeni hökumət kabinetinin yaradılması barədə nəticəyə gəlinməlidir”, – o əlavə edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər