23 C
Baku
Friday, April 19, 2024

Danimarkanın qaz təchizatı ilə bağlı vəziyyəti yaxın gələcəkdə pisləşə bilər

Danimarka Enerji Agentliyi ölkənin qaz təchizatı vəziyyətinin yaxın gələcəkdə pisləşə biləcəyini bildirərək, vətəndaşları enerjiyə qənaət etməyə çağırıb.

Agentliyin sənədində bildirilir ki, Danimarka erkən xəbərdarlıq rejimini tətbiq edir, bu isə qaz təchizatının əhəmiyyətli dərəcədə pisləşməsi ilə bağlı vəziyyətin yarana biləcəyinin göstərcisidir.

“Qaz çatışmazlığı halında, Danimarka Enerji Agentliyində istehlakçıların qış üçün evlərini qızdıra bilməsi üçün fövqəladə hallar planı var. Plan, digər məsələlərlə yanaşı, fövqəladə ehtiyatların buraxılmasını da əhatə edir və ən böyük qaz istehlakçı şirkətlərin müəyyən müddət ərzində qaz tədarükünü tamamilə və ya qismən kəsə biləcəyini nəzərdə tutur”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər