10 C
Baku
Wednesday, December 11, 2024

Danışıq və satışlarda GAP-təhlili

Danışıqlar zamanı öz uğuruna inanmaq qədər əminliyi artıran ikinci amil yoxdur. Və bunun əksinə olaraq uğursuz danışıqlar səbəbindən faydasız partnyorluq mərhələsinə gəlib çatmaq qədər özünə əminliyi məhv edən ikinci bir addım yoxdur.

Beləliklə, danışıqlar aparmaq vərdişi şəxsi inkişafın əhəmiyyətli hissələrindən və mərhələlərindən biridir. Mükəmməl şəkildə danışıqlar aparmağı bacaran insanlar çox səbirli insanlardır. Onlar ilk növbədə müqavilənin bütün detalları üzrə müəyyən iddiaya sahibdirlər.

Bundan əlavə, onlar qarşılıqlı anlaşma və hörmət üçün gələcək əməkdaşlıq haqqında hər maddə üçün müəyyən suallar hazırlayırlar. Bu gələcəkdə anlaşılmazlığın yaranmasının qarşısını alır. Bu məqsəd üçün yaxşı düşünülmüş və korrektə edilmiş suallar hazırlayın.

Biznesiniz GAP-təhlildən ibarətdir. Siz öz probleminizin “dedektivisiniz”. Burada sizin görməli olduğunuz işiniz müəyyən mənada şübhəli şəxsləri axtaran polis istintaqını xatırladır. Çünki bu təhlil zamanı, məhsul və xidmətinizin həll yolu ola biləcəyi problemləri axtarırsınız.

Bu baxımdan məhsul və yaxud xidmətiniz problemin həlli üçün açar mövqeyə malikdir. Problem axtarışında isə istifadə edə biləcəyiniz əsas  köməkçi alətinizin suallardır. Bu suallardan görüş təyin etmək, problemi tapmaq və yaxud perspektivlər arasında fərqləri araşdırmaq üçün istifadə edilir. Daha sonradan isə, potensial müştəriyə sübut edirsiniz ki, o sizin məhsulunuzdan istifadə etsə, onun problemi tez bir zamanda necə həll olunacaq.

Bu təhlil zamanı diqqət etməli olduğunuz digər bir cəhət isə odur ki, müştərinin məhsulunuzu almaq tələbatı onun ehtiyaclarından asılıdır. Müştərini alış haqqında tam razılıq mərhələsinə gətirib çıxarmaq üçün isə sizə yenidən yuxarıda qeyd edilən sullar köməyə gələcək.

Son xəbərlər
Digər xəbərlər