9 C
Baku
Friday, December 13, 2024

Dar düşüncənin 7 əlaməti. Geniş düşüncəni inkişaf etdirmək üçün nə etməliyik?

Özünüzü açıq fikirli insan hesab edirsiniz? Çox guman ki, bir çoxları “bəli” deyər. Nə qədər paradoksal olsa da, bu cavab nöqsanlarınızı etiraf etməkdən imtina etdiyiniz üçün dar düşüncəli olduğunu nümayiş etdirir.

Düşüncənin darlığı müxtəlif fikirləri qəbul edə bilməməkdə özünü göstərir. Bunu digər insanlarda görmək çox asandır, lakin hər birimiz müəyyən mövzularda qərəzli olmuşuq. Bu davranışı necə müəyyənləşdirmək və idarə etmək olar? Dar düşüncədən qurtulmağın yolu nədir?

Dar düşüncənin əlamətləri

Dar düşüncənin bir çox formaları var. Ən pisləri bunlar hesab olunur: dini fundamentalizm, ksenofobiya, homofobiya. Buna baxmayaraq, dar düşüncəlilik çoxlarının düşündüyündən daha geniş yayılıb. O, daxili inanclarımızın, mədəni dəyərlərimizin və şəxslərarası mühakimələrin köçələrində gizlənir. Hər dəfə daxili mental modellərə, ümumbəşəri qaydalara və ya ilk təəssüratlara əsaslanıb qərar verəndə dar düşüncəli oluruq. 

Düşüncənin darlığı qorxudan qaynaqlanır: səhv olmaq qorxusu, qeyri-müəyyənlik qorxusu, dəyişiklik qorxusu. Bu zaman geniş baxışlar çaşdırıcı olur.  Dünyagörüşünü tənzimləmək üçün çox səy göstərmək lazımdır, çünki açıq fikirli olmaq – dünyanın mürəkkəbliyini qəbul etmək deməkdir.  Bunun özü o qədər qorxuducu ola bilər ki, çox vaxt mənasız inanclarla rahatlıq zonasında qalmağı üstün tuturuq. 

Dar düşüncənin tipik nümunələrindən biri Danninq-Krüqer effektidir. Bəs bunu özünüzdə və başqalarında necə müəyyənləşdirə bilərik?

Bridgewater-ın qurucusu Rey Dalio “Prinsiplər” kitabında dar düşüncənin yeddi əsas əlamətini göstərir. Aşağıdakı siyahını diqqətlə nəzərdən keçirin və bütün suallara səmimi cavab verin: bu cür davranırammı? Hansı mövzular və ya situasiyalar bu davranışa səbəb ola bilər?

1. Fikirlərinizin tənqid olunmasını istəmirsiniz. Qapalı düşüncəli insanlar başqalarının fikirlərini öyrənməyə deyil, haqlı olmağa maraqlıdırlar. Səhv bir iş görsəniz, özünüzü piss hiss edirsiniz və kiminsə sizinlə razılaşa bilməməsinə üzülürsünüz.

2. Sual verməyə deyil, israr etməyə meyllisiniz. Açıq fikirli insanlar çox sual verirlər.

3. Başqalarını başa düşməyə çalışmırsınız, yalnız özünüz haqda düşünürsünüz. Dar düşüncəli insanlar kimsə onlarla razılaşmadıqda, qarşıdakının onları başa düşə bilmədiyini hesab edirlər.

4.“Mən səhv ola bilərəm, amma …” deyirsiniz. Rey Dalio bunu ” geniş fikirdə olduğunu düşünərək, öz nöqteyi nəzərindən dönməməyə mkan verən diqqətsiz bir jest” adlandırır.

5. Başqalarının danışmasına mane olursunuz. Dar düşüncəli insanlar başqalarına fikir bildirməyə imkan vermirlər.

6. Eyni anda iki fikri diqqətdə saxlamağa çətinlik çəkirsiniz. Açıq fikirli insanlar üçün bir-birinə zidd olan anlayışları yadda saxlamaq çox asandır.

7. Təvazökar deyilsiniz. Əlbəttə, bir çox insanlar özlərini təvazökar hesab edirlər. Lakin bəzən eqo düşünməyə mane olur. Təvazökarlıq uğursuz təcrübələrdən irəli gəlir, dar düşüncəli insanlar bildiklərinə sadiq qalaraq, yeni təcübə əldə etməkdən qaçırlar.

Əlbəttə ki, dar düşüncənin bütün yeddi əlamətini ardıcıl olaraq nümayiş etdirmək çətindir. Əgər bu belə olsaydı, yəqin ki, bu məqləni oxumazdınız. Buna baxmayaraq, bu meyarlar müəyyən situasiyalarda özünüzdə və digər insanlarda düşüncənin darlığını aşkar etməkyə kömək edir. 

Məsələn, immiqrasiya və abortla bağlı çox geniş fikirləriniz var, dostlarınızla planlarınızı müzakirə edirsiniz, valideynlərinizlə mübahisə edərkən isə daha dar düşünürsünüz. 

Geniş düşüncənin faydaları

Yeni fikirlərə açıq olmaq üçün daim səy göstərmək lazımdır. Məsələn, araşdıralar göstərir ki, açıq fikir əhval-ruhiyyəyə təsir göstərir və bizi daha yaradıcı edir. “Açıq düşüncəli insanlar daha maraqlı və yaradıcı olmaqla yanaşı, yeni imkanlar əldə etməyə həvəsli olurlar”, – tədqiqatçılar yazırlar. 

Və təəccüblü deyil: geniş düşüncə maraq doğrurur, bu da öz növbəsində cəmiyyətə daha böyük töhfələr verməyə imkan verir. Nəhayət, açıq fikirli insanlar uğursuz olmaqdan qorxmurlar. Yaradıcılıq həmişə sınaq və səhvlərlə öyrənilir, yəni istədiyiniz nəticəni əldə etmək üçün uğursuzluqlardan keçməlisiniz.

Üç yüz qırx tələbənin iştirakı ilə aparılan başqa bir araşdırma, geniş düşüncənin daha yüksək idrak qabiliyyəti ilə əlaqəli olduğunu müəyyən etdi. Açıq fikirli olmağınız sizi daha ağıllı edib-etmədiyini bilmirik, lakin bu iki cəhət əl-ələ gedir.  

Şübhə yoxdur ki, açıq düşüncə yaradıcılıq və idrak baxımından daha yaxşıdır. Bəs onu özünüzdə və başqalarında necə təşviq edə bilərsiniz?

Geniş düşüncəni necə inkişaf etdirmək olar

Geniş düşüncəni inkişaf etdirməyin ən yaxşı yolu – Rey Dalionun “Dar düşüncənin 7 əlaməti”ni nəzərdən keçirib əks strategiya qurmaqdır. 

Hisslərinizi idarə edin. Biri sizinlə razılaşmadıqda qəzəblənməyin. Qəbul edin ki, siz istənilən anda səhv buraxa bilərsiniz, buna görə başqasının fikirlərinə dəyər verin. 

1. Suallar verin. Yaxşı suallar vermək – nəsə öyrənməyin ən yaxşı yollarından biridir. Səmimi olun ki, qarşınızdakı şəxs cavab verməyə çətinlik çəkməsin. 

2. İki dəqiqə qaydasından istifadə edin. Rey Dalio kiməsə fikirlərini bildirmək üçün ən azı iki dəqiqə gözləməyi tövsiyə edir. Nə qədər çox olsa, o qədər yaxşıdır. 

3. Dinləyin. Kimsə ilə müzakirə apararkən, həmsöhbətinizi diqqətlə dinləməyə çalışın. Qarşı tərəf fikrini izah etməyi tamamlamamış beyninizdə ona nə cavab verəcəyiniz haqqında düşünməyin.

4. İnformasiya pəhrizini genişləndirin. “Nə əkərsən, onu da biçərsən” atalar sözü bu müddəaya uyğun gəlir. Müxtəlif mənbələrdən istifadə edin ki, dəyişiklikləri qiymətləndirə biləsiniz. 

Dar düşüncədən geniş düşüncəyə keçmək üçün daim səy göstərmək lazımdır. Çox güman ki, dar düşüncəli olmağınızın təsdiqini tez-tez görəcəksiniz. Birinci addım – səhv etməkdən qorxduğunuzu etiraf etmək və davranışınızı dəyişdirməyə çalışmaqdır. 

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər