6 C
Baku
Monday, December 16, 2024

Daşqın İskəndərov da SOCAR-ın vitse-prezidenti vəzifəsindən azad edildi

Daşqın İskəndərovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2023-cü il tarixdə Sərəncam imzalayıb.

“Daşqın Ələm oğlu İskəndərov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilsin”- sərəncamda qeyd edilir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İskəndərov Daşqın Ələm oğlu 1965-ci ildə Şamaxı rayonunda anadan olub. 1985-1991-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi fakültəsində təhsil alaraq, “dağ mühəndisi” ixtisasına yiyələnib.

Əmək fəaliyyətinə 1991-ci ildə 28 May NQÇİ-nin 5 saylı dərin dəniz özülündə neft-qazçıxarma operatoru kimi başlayıb. 1999-cu ilədək orada operator, mühəndis, Neftin və qazın ilkin hazırlanması və nəqli sexinin rəis müavini və rəisi vəzifələrində çalışıb. 1999-2007-ci illərdə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində (ABƏŞ), daha sonra isə “BP Exploration Caspian Sea Limited” şirkətində Əməliyyatlara nəzarət mərkəzində texnik, istehsalat üzrə sahə rəhbəri vəzifələrində işləyib. 2007-2010-cu illərdə “Azneft” İB-nin 28 may NQÇİ-nin rəisinin birinci müavini və rəisi olub. 2010-cu ildə “Azneft” İB-də Baş direktorun 1-ci müavini- baş-mühəndis, 2011-ci ildə Baş direktor vəzifəsinə təyin edilib.

2019-cu ildən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə SOCAR-ın vitse-prezidenti vəzifəsinə təyin olunub. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar mühəndisi” fəxri adı, 2017-ci ildə isə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub. Texnika elmləri doktoru, 2 monoqrafiyanın, 20-dən çox elmi məqalənin, 12 ixtira və patentin müəllifidir. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Son xəbərlər
Digər xəbərlər