14 C
Baku
Wednesday, April 24, 2024

Data Analitikası üzrə Qış Kampına start verilir

Data Analitikası ilə maraqlanırsınız?

Hardan başlayacağınızı bilmirsiniz?

O zaman QSS Analytics-in QUTexnoparkın dəstəyi ilə təşkil etdiyi praktiki və əyləncəli Data Analitikası Qış Kampı sizin üçündür!

Proqram haqqında

Kampın məqsədi iştirakçılara data analitikasının həm teorik, həm də praktiki hissələrini öyrətməklə yanaşı, onun müxtəlif
proqram paketlərində tətbiqinə əsaslanır. Burada iştirakçılar 5 gün boyunca aşağıdakı mövzular üzrə peşəkarlar tərəfindən
keçiriləcək təlimlərdə iştirak edəcək və real data üzərində praktiki çalışmalarla öyrəndikləri bilikləri tətbiq edəcəklər:

– Tableau ilə viziuallaşdırma
– Gretl ilə modelləşdirmə
– Reqressiya
– SQL ilə data hazırlanması
– IBM SPSS-də data anailizi
– R dilində data analizi
– Machine Learning
– Qlik Sense

*Mövzularla daha ətraflı tanış olmaq üçün təlim proqramını yükləyin.
Siz bu kampda Harvard Business School, MIT Sloan Business School və IBM SPSS-in biznes keyzləri üzərində öyrəndiyiniz
bilikləri tətbiq edəcək və MC Kinsey, Bain və EY kimi nəhəng konsalting şirkətlərinin real proyektləri ilə tanış olub müzakirələr
apararaq analitik düşünmə tərzinizi inkişaf etdirəcəksiniz.

Proqrama kimlər qatıla bilər?

– Analitikayla maraqlananlar;
– Data analizi bacarıqlarını inkişaf etdirmək istəyənlər;
– Statistik modelləşdirməyə marağı olanlar;
– Və nəhayət, data hazırlanması bacarıqlarını təkmilləşdirmək istəyənlər.

Təlimin müddəti və yeri: 5 gün boyunca davam edəcək Data Analitikası Qış Kampı 6-10 Fevral tarixlərində, saat 10:00-17:00 arasında QUTexnoparkında
baş tutacaqdır. Ünvan: Xırdalan şəh., Həsən Əliyev küç., 120 (Qafqaz Universiteti şəhərciyi).

Təlimin qiyməti: Proqramda iştirak haqqı 50 AZN-dir.

Qeyd: Bu qiymətə Kamp boyunca hər gün nahar, çay fasilələri və təlim materialları daxildir.
Sizə unudulmaz bilik və təcrübələr qazandıracaq bu kampa qoşulmaqla gələcək karyeranız naminə önəmli addım atmağa tələsin, yerlər məhduddur!

Son müraciət tarixi: 05 Fevral 10:00.

Təlimlə bağlı suallarınız yaranarsa aşağıdakı vasitələr ilə əlaqə saxlaya bilərsiniz:
Tel: +994513414340
Email: [email protected]
www.qss.aZ

http://qss.az/trainings/data-analitikasi-qis-kampi

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər