12 C
Baku
Saturday, November 23, 2024

Davosda növbəti Dünya İqtisadi Forumu keçiriləcək

Mayın 22-də İsveçrənin Davos şəhərində növbəti Dünya İqtisadi Forumu işə başlayacaq.

Banker.az xəbər verir ki, pandemiya səbəbindən iki ildir təxirə salınan və yalnız videoformatda baş tutan forumun bu il qış mövsümündə deyil, epidemioloji vəziyyətin əlverişli olduğu may ayında keçirilməsinə qərar verilib.

Forumda 2000-dən çox yüksək çinli siyasət, elm, iqtisadiyyat və media mənsubları bir araya gələrək, Ukraynadakı münaqişəni, pandemiya, qlobal inflyasiya və iqlim dəyişiklikləri kimi mövzuları müzakirə edəcəklər.

Forumun təsisçisi və prezidenti Klaus Şvab bildirib ki, hazırda dünya “tarixin dönüş nöqtəsi”ndədir və qeyd edilən problemlərin əhatəsində vəziyyət həmişə olduğundan daha mürəkkəb təsir bağışlayır.

Forum işini mayın 26-da başa vuracaq.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər