21 C
Baku
Wednesday, May 1, 2024

Davosda Orta Dəhliz müzakirə olunacaq

Davosda keçiriləcək Dünya İqtisadi Forumunun panel müzakirələrindən biri Orta Dəhlizin inkişaf perspektivlərinə həsr olunacaq.

Tədbir iştirakçıları yanvarın 19-da Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin Ukraynadakı müharibənin nəticələrinə necə uyğunlaşacağını, nəqliyyat əməkdaşlığının genişləndirilməsini, enerji infrastrukturuna sərmayə qoyuluşunu və Avropa və Asiyanın yeni geosiyasi reallıqda necə effektiv tərəfdaşlıq qura biləcəyini müzakirə edəcəklər.

Yanvarın 16-da başlayacaq forumda NATO-nun Baş katibi Yens Stoltenberqin, Avropa Komissiyasının sədri Ursula fon Der Lyayenin, həmçinin Almaniya, Polşa, Latviya, Litva, Kosta-Rika prezidentlərinin və digər yüksək vəzifəli şəxslərin iştirakı gözlənilir. Dünya İqtisadi Forumu yanvarın 20-də başa çatacaq.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər