6 C
Baku
Sunday, December 15, 2024

Daxili İşlər Nazirliyi sosial şəbəkə ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ edib

Daxili İşlər Nazirliyi vətəndaşlara internet resurslarında ayıq-sayıq olmaları ilə bağlı müraciət edib.

Müraciətdə bildirilib ki, vətəndaşlar sosial şəbəkələrdə tanımadıqları, etibar etmədikləri səhifələrdən alış-veriş etməsin.

“Mobil və şəhər nömrələrindən zəng edən şəxslərə bank karlarınızdakı məlumatları, yəni kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu(3D secure) heç kəsə təqdim etməyin. Hətta bu bank əməkdaşı olsa belə.

Saxta xarici nömrələrdən, həmçinin virtual nömrələrdən zəng edən şəxslərə bank kartı məlumatlarını təqdim etməyin”, – deyə müraciətdə qeyd edilib.

1717756106 din muraciet

Son xəbərlər
Digər xəbərlər