10 C
Baku
Thursday, December 12, 2024

Daxili İşlər Nazirliyi yoxlamalar apardı – 8 vəzifəli şəxs işdən çıxarıldı

Daxili İşlər Nazirliyi tərəfindən Abşeron Rayon Polis İdarəsində xidməti kompleks yoxlamalar aparılıb.

Yoxlamalar nəticəsində 8 nəfər işdən azad edilib. Belə ki, yoxlamalar zamanı İdarənin rəis müavini polis polkovniki Elçin Rəcəbov, rəisin şəxsi heyətlə iş üzrə köməkçisi polis polkovnik-leytenantı Yaşar Məmmədov, İstintaq və Təhqiqat İdarəsinin, Cinayət Axtarış Şöbəsinin, hebelə narkotiklərlə mübarizə qrupunun baş əməliyyatçısı və əməliyyatçısı, bundan başqa Abşeron RPİ-nin Qobu Polis bölməsinin rəisi, polis mayoru Samir Qayıbov və bölmənin rəis müavini polis mayoru Ramil Rüstəmovun xidməti fəaliyyətində nöqsanlara yol verdiyi aşkar edilib.

Qeyd edilən şəxslər işdən azad edilərək sərəncama götürülüb. Yoxlamalar davam etdirilir.

Qeyd edək ki, 3 ay öncə Abşeron Rayon Polis İdarəsinin rəisi dəyişdirilib. Polis polkovniki Şəhriyar Şəmşirli vəzifəsindən azad olunaraq yerinə polkovnik Musa Musayev təyin edilib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər