6 C
Baku
Sunday, December 15, 2024

Deflyasiya nə ilə təhlükəlidir?

Söhbət inflyasiyadan gedəndə, çoxumuz artan qiymətlər və kəmərlə çəkilib bağlanmış qurşaq haqqında düşünürük.

ABŞ-da 1970-ci illərin sonu 1980-cı illərin əvvəlində inflyasiyanın səviyyəsi 14,8%-ə çatmışdı, bundan sonra faiz dərəcələri də əhəmiyyətli dərəcədə artmışdı.  Lakin deflyasiya kimi fenomenlə çox az adam qarşılaşmışdır. Ənənəvi olaraq inflyasiya mənfi hadisə kimi qəbul edilir, bəs deflyasiyanı müsbət hadisə kimi qəbul etmək olarmı?  Qətiyyən yox, hər şey deflyasiya ətrafındakı səbəblər və hadisələrdən və eləcə də onun müddətinin uzunluğundan asılıdır. 

Bu nədir?

Deflyasiya  bazarda tələb və təklif həcminin azalması və bu əmtəələrin alınmasına vəsaitlərin həcminin aşağı düşməsi səbəbindən  qiymətlərin enməsidir. Deflyasiya məhsula olan tələbin azalması, təklifin həcminin artması, əmtəənin həddindən artıq çox istehsalı, pula tələbatın artması yaxud əldə edilməsi mümkün olan vəsaitlərin yaxud kreditlərin azalması ilə baş verə bilər.

Əmtəələrə tələbin artması alıcı xərclərinin aşağı düşməsinə, investisiyaların və dövlət xərclərinin azalmasına səbəb ola bilər. Adətən deflyasiyanın resessiya və iqtisadi depressiya ilə assosiasiya edilməsinə baxmayaraq, bəzi şərtlərin olduğu halda, o müəyyən əmin-amanlıq dövrlərində də müşayiət oluna bilər.

Praktiki tətbiqi

Əgər əmtəələrin qiymətləri istehsal texnologiyasının yaxşılaşdırılması və buna səbəb olaraq əmtəənin həcminin artması nəticəsində aşağı düşürsə, bu, əlverişli tendensiya hesab edilir. Buna misal olaraq, hər zaman olduğundan daha çox mürəkkəb və yüksək keyfiyyətli məişət texnikasının bu günkü bazarıdır; və eyni zamanda texnologiyalar yaxşılaşdıqca qiymətlər daim aşağı düşür və bununla yüksək tələbə səbəb olurlar.

Pula olan tələbin enib-qalxmasına kredit dərəcələri təsir göstərir. Pula olan tələb inflyasiya dövründə artır və tələbi ödəmək və qiymətlərin daha çox artmağının qarşısını almaq səbəbi ilə dərəcələr artırılır. Deflyasiya isə əksinə, faiz dərəcəlirinin azalmasına və pula tələbin aşağı düşməsinə gətirir. Bu halda məqsəd iqtisadiyyatın stimullaşdırılması üçün alıcılıq tələbinin stimullaşdırılmasıdır.

Böyük depressiya

1932-cı ildə Böyük depressiya zamanı  baş vermiş iqtisadi tənəzzül orta hesabla 10,2% deflyasiyaya gətirmişdir. 1929-cu ilin axırında fond bazarı enməyə başladığı zaman,  onunla bərabər bazarda likvidliyin olmaması səbəbindən pul təklifi də azalmışdır.

Vəziyyətin pisləşməsi davam etdikcə bazar öz-özünü məhv etməyə başladı.  İnsanlar  iş yerlərini itirirdi, bu isə əmtəələrə olan tələbin azalmasına gətirir və bu öz növbəsində daha çox işsizliyə gətirib çıxarırdı. Qiymətlərin aşağı düşməsi tələbin stimullaşdırılmasına kifayət etmir, çünki işsizliyin artması istehlakçıların alıcılıq qabiliyyətinin qarşısını daha böyük dərəcədə alır. Lakin bu hələ hamısı deyil, bank kreditləri üzrə borcların da geri qaytarılmaması kəskin artmışdır.

Banklar borc verməyi dayandırdıqda pul axını kəsildi və əmtəələrə tələbat kəskin aşağı düşdü. Pula olan tələbatın əvvəlki kimi yüksək qalmasına baxmayaraq, heç kim azalmış təklif hesabına bu tələbatı ödəmək imkanından istifadəyə yol verə bilməzdi. Amerika iqtisadiyyatı İkinci dünya müharibəsi başlayana qədər  bu qapalı dairədə yaşadı.

Mümkün nəticələr

Böyük depressiya olmasa belə, deflyasiyadan ehtiyyatlı olmaq üçün səbəblər hər zaman var. Bunlar aşağıdakılardır:

1.İstehlakçıların perspektivdə qiymətin enməsinə ümid olaraq əmtəələri almağa tələsmədikləri halda, sonraya saxlanılmış tələb əmələ gəlir, əmtəələrə olan tələb isə azalır. Bundan başqa qiymətlər də azalmış tələbə cavab olaraq aşağı düşür.
2. Əmək haqqı haqqında proqnozlar da azalır və istehlakçılar pulu xərcləməkdənsə, yığıb saxlamağa daha çox meyilli olurlar. Məsələn ABŞ-ın iqtisadi artımının 70%-i istehlak üzərində qurulub və bu, ölkə ÜDM-nin ümumilikdə azalmasına gətirə bilər.
3. Bank kreditləri verilməsinin həcmi də azalır, çünki kreditlərin özlərindən çox olan faizləri qaytarmaq borc alanlara əlverişli deyil.
4. Alıcılar aldıqları əmtəənin zaman keçdikcə qiymətinin azlaması ilə bərabər itkiyə məruz qalırlar.
5. Borc alanın borcu nə qədər çox olsa bir o qədər pisdir: deflyasiya zamanı əmək haqqı azalır borc isə həmən miqdarda qalır.
6. İnflyasiya zamanı faiz dərəcələrinin yuxarı həddi yoxdur, deflyasiya zamanı isə onlar sıfıra yönəlirlər. Banklar 0% kredit vermirlər, dərəcələr sıfırdan yuxarı olduqda isə, banklar pul qazanırlar, lakin borc alanlar burada itkilər verməli olur.
7. Şirkətlərin mənfəətləri deflyasiya zamanı da azalır və bu, qiymətli kağızların qiymətlərinin azalmasına gətirib çıxarır. Bu isə öz gəlirlərini dividendlər hesabına saxlamaq istəyən xüsusi investorları narahat edir.
8. Şirkətlərin mənfəət əldə etmək mübarizələri zamanı işsizlik artır, əmək haqqı isə azalır. Bu prosesslər iqtisadiyyata bütövlükdə neqativ təsir göstərir.

Nə etməli?

Böyük depressiya dövründən bu yana deflyasiyanın və resessiyanın öhdəsindən necə gəlmək sualı açıq qalır. ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) başçısı Ben Bernanke ABŞ-ın Maliyyə Nazirliyi tərəfindən buraxılmış dövlət istiqraz vərəqələrinin alınmasına nəzərdə tutulmuş böyük həcmdə kağız pulların çap edilməsinə yönəlmiş maliyyə sisteminə (quantitative easing) pul axını siyasətini həyata keçirirdi. Bu, 2008-ci ilin böhranı zamanı daşınmaz əmlak bazarı köpüyü partlayandan sonra iqtisadiyyatın bərpa olunmasına yardım məqsədi daşıyır. Belə siyasətin uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatında necə əks olunacağı hələ aydın deyil, lakin bir şey aydındır ki, bu hərəkətlər inflyasiyaya səbəb olur.

Adi insan deflyasiyanın öhdəsindən gəlmək üçün öz işini əldən verməməlidir və mümkün qədər az borc almalıdır. Qənaət edərək pul yığmaq və iri əşyaların alınmasını sonraya saxlamaq lazımdır, lazım olmayan aktivləri isə, qiymətdən düşməmiş satmağa dəyər.

Son xəbərlər
Digər xəbərlər