ABB-da şahmatçının vəzifəsi yüksəldildi
Azərbaycanın ən böyük bankının departamentlərinin birinə daha bir təyinat olub.
Banker.az-ın əldə etdiyi məlumata görə, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Risklərin idarəedilməsi departamentinin direktoruna müavin Rəsul Mənsimli təyin edilib. Mənsimli artıq dekabr ayından başlayaraq vəzifə icrasına başlayıb.
O 2018-ci ilin sentyabrından Beynəlxalq Bank-da Risk şöbəsinin müdiri vəzifəsində idi. Daha əvvəl “Yelo Bank” ASC ( əvvəlki NIKOIL) və “Unibank” ASC kimi kommersiya banklarında çalışıb.
Qeyd edək ki, Mənsimli 2016-ci ildə ABA tərəfindən təşkil olunan banklararası şahmat turnirinin qalibi olmuşdu. Həmin vaxtı o, Unibank-da çalışırdı və Risk menecment departamentinin mütəxəssisi kimi çalışırdı.