Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılan BMT-nin dövlət xidmətləri göstərən qurumlarının Beynəlxalq ASAN Assosiasiyasının iclası dekabrın 24-də keçiriləcək.
Bunu Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.
Onun sözlərinə görə, bu iclasda Assosiasiyanın nizamnaməsi təsdiqlənəcək: “Beləliklə “ASAN xidmət” öz konseptini ixrac etmək üçün daha bir platforma əldə edəcək. Bu Assosiasiya imkanları hesabına daha çox ölkəyə “ASAN xidmət”i ixrac edə bilərik. Hazırda 8 ölkədə “ASAN xidmət” konseptinin implementasiyası işləri gedir. Artıq bu ölkələrdən biri olan Əfqanıstanda işlər bitib və orada “ASAN xidmət” fəaliyyətə başlayıb”.
©APA