9 C
Baku
Friday, December 13, 2024

“Dell” 6.5 min işçini ixtisar edəcək

“Dell Technologies” işdən çıxarma elan edən daha bir böyük texnologiya şirkəti olub. “Bloomberg”in məlumatına görə, “Dell” təxminən 6650 nəfəri ixtisar etməyi planlaşdırır.

Bu qərarın səbəblərini “Dell”in əməliyyat direktoru Ceff Klark agentlik tərəfindən əldə edilmiş daxili məktubda izah edir. Cənab Klarkın izah etdiyi kimi, bazar şərtləri “pisləşməyə davam edir və gələcək qeyri-müəyyən olaraq qalır”.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Bloomberg” qeyd edir ki, “Dell”in ixtisar qərarının arxasında, xüsusən də məhsullarına tələbin azalması ola bilər. “IDC” analitik şirkətinin ilkin məlumatlarına görə, 2022-ci ilin dördüncü rübündə dünyada fərdi kompüter satışları 2022-ci ilin dördüncü rübündə kəskin şəkildə azalıb və ən əhəmiyyətli azalma “Dell”də olub – 2021-ci ilin eyni dövrü ilə müqayisədə 37%.

Ümumilikdə, 2022-ci ildə texnologiya sektorundakı şirkətlər 97 mindən çox işçisini ixtisar etdiyini açıqlayıb. “Challenger, Grey & Christmas” konsaltinq şirkətinin məlumatına görə, bu, 2021-ci illə müqayisədə 649% çoxdur. “Dell” kimi son həftələrdə kütləvi ixtisarlar elan etməyi lazım bildiyi şirkətlər arasında “Alphabet”, “Microsoft”, “Amazon”, “IBM”, “SAP”, “Dow”, “Spotify”, “Cisco Systems” var.

Son xəbərlər
Digər xəbərlər