15 C
Baku
Wednesday, April 24, 2024

Depozit müqavilələrinin gizli tərəfləri

Bugünkü gündə bir çox maliyyə müəssisələri əhali üçün cəlbedici depozit şərtləri təklif edirlər. Buna görə əksər vətəndaşlar ölkənin bu və ya digər banklarına sərfəli yatırımlar edirlər.

Lakin banklara yatırım etmək hələ hər şey demək deyil. Əsas olan sizə söz verilən faizləri almaq və xoşagəlməz sürprizlərlə qarşılaşmamaqdır. Buna görə depozit müqaviləsinin şərtlərini ətraflı oxumaq lazımdır.

Müqavilədə sizi hansı tələlər gözləyə bilər?

1. Gəlirin uyğun olmaması

Reklamlarda banklar adətən maksimal faiz dərəcələrini göstərirlər. Lakin bu hər zaman həqiqəti əks etdirmir. Buna görə müqavilənin mətnində əks olunan faiz dərəcələrini diqqətlə oxuyun. Sənədi imzaladıqdan sonra bank təktərəfli olaraq şərtləri dəyişə bilməyəcək.
Bu qayda bütün depozitlərə şamil olunur.

2. Vaxtından öncə pulları götürmək

Əgər sizə təcili olaraq pul lazım olubsa və siz vaxtından öncə depoziti  ləğv edib pullarınızı götürmək istəyirsinizsə, sizi buna görə cərimələyə bilərlər.
Beləliklə, sizin götürdüyünüz məbləğ yatırdığınız məbləğdən az ola bilər.
Həmçinin vaxtından öncə pul vəsaitlərin qaytarılması müddətinə fikir verin (adətən 2-5 gün).

3. Valyuta yatırımı üzrə faizlərin ödənilməsi

Valyuta depozitlərinin sahibləri faizlərin ödənilmə qaydasına fikir verməlidirlər. Bu halda gəlirlərin hansı məzənnələrlə ödənilməsi vacibdir.

4. Depozit müddətinin avtomatik uzadılması

Bəzən maliyyə müəssisəsi depozitin müddəti bitdikdən sonra onu avtomatik olaraq uzatmağa cəhd edir.

Daim müqavilələrdə bu şərtin olub olmamasına diqqət edin.

5. Əlavə komissiyalar

Bank hesabın açılması və hesabın aparılmasına görə əlavə komissiyalar tətbiq edə bilər.

Bu cür şərtlər adətən müqavilədə kiçik şriftlərlə qeyd olunurlar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər