7 C
Baku
Thursday, December 12, 2024

Deputat 10 min dollardan yuxarı kreditlərə güzəştlər tətbiq olunmasını təklif edib

“İnflyasiyanı yaradan amillər sırasında monopoliyanın adı çəkilmir”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Əli Məsimli deyib.

O qeyd edib ki, Azərbaycanda monopoliyanın mövcudluğu süni bahalaşmanın yaranmasına səbəb olur.

Deputatın sözlərinə görə, sahibkarların aldığı 10 min dollardan yuxarı kreditlərə güzəştlər tətbiq edilməsi vacibdir.

Əli Məsimli 2023-cü ildə müavinət, pensiya və əməkhaqlarının artırılacağını xatırladıb. O sual edib:

“Bu artımlar əhalinin maliyyə itkilərini kompensasiya edə biləcəkmi?”

Deputat bildirib ki, Azərbaycandan fərqli olaraq dünyada gömrük sistemi fiskal siyasət üzərində qurulmayıb.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər