Hazırda Azərbaycanda inflyasiya qlobal inflyasiyadan 1.5 dəfə çoxdur.
Bunu Mili Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Əli Məsimli bildirib.
“Ötən il Azərbaycanda ümumi qiymətlər 13.9 %, ərzaq məhsullarının isə qiymətləri isə 20 % ətrafında artıb. Çox işlənən ərzaq məhsulları daha sürətlə bahalaşsa da, bu, nəzərə alınmır. Bizdə ancaq idxal inflyasiyası öyrənilir. Nazirlər Kabinetindən tutmuş bütün rəsmi hökumət dairələrinin hesabatında inflyasiyanın bir qolu – idxal inflyasiyası əks etdirilir. Bu, yumşaq desək, yarımçıq xarakter daşıyan məsələdir”, – deyə o qeyd edib.