17 C
Baku
Sunday, October 13, 2024

Deputat: Ermənilərin yaşayacağı ərazilər də Azərbaycan rayonları kimi tanınacaq

“Mənim aldığım məlumata görə, artıq Türkiyənin də sülhməramlıları oradadır, Laçın dəhlizində və digər ərazilərdə birgə işləyirlər. Türkiyə bu məsələdə kənarda saxlanılmamalıdır. Türkiyə təkcə Monitorinq Mərkəzində olmayacaq, həm Mərkəzdə, həm də Laçında, Xankəndidə, digər yerlərdə olacaq və artıq var”.

Banker.az bildirir ki, Millət vəkili Vahid Əhmədov üç tərəfli imzalanan bəyənatı şərh edib.

“Biz elə fikirləşməməliyik ki, rus ordusu Azərbaycana daxil olur. Buna son nəfəsimizə qədər icazə verən deyilik. Amma sülhməramlı qüvvə kimi işləsin, ciddi silahları da yoxdur. Mən arxayınam ki, Türkiyə sülhməramlıları da orada işləyəcək və birgə bütün məsələlər həllini tapacaq”.

Millət vəkili deyir ki, ermənilərin yaşayacağı ərazilər də Azərbaycan rayonları kimi tanınacaq və onlara Azərbaycan pasportu veriləcək.

“Laçın dəhlizi də Azərbaycan dövlətinin ərazisi kimi qalır və o bölgədə bütün məsələlərə, Laçın dəhlizi də daxil olmaqla təhlükəsizliyə Azərbaycan dövləti təmin verir. Əvvəl DQMV var idi, status var idi, müəyyən hökumət var idi, indi heç biri yoxdur. Xocavənd, Xankəndi, Xocalı Azərbaycanın rayonlarıdır. Bu rayonlara dövlət başçısı tərəfindən icra başçıları, prokuror, polis və digər hüquq-mühafizə orqanlarının başçıları təyin ediləcək. Onlara da göstəriş veriləcək ki, Azərbaycan vətəndaşları bu rayonlarda gəlib yaşaya bilər. Kim Azərbaycan vətəndaşıdır gəlib yaşasın, kim bunu qəbul etmirsə, orada daimi yaşaması mümkün deyil. Burada ciddi məsələlər var, elə-belə deyil ki, kim istəyir gəlsin yaşasın. Orada terroristlər var, təxribatçılar gələ bilər. Biz sadəcə çevik işləməliyik ki, o ərazilərdə öz hakimiyyətimizi tez quraq.

Xocavənd, Xankəndi, Xocalı və bütün ərazilər Azərbaycanın tərkibində qalır, çünki Azərbaycanın əraziləridir. Başqa kimin ola bilər ki. Azərbaycanın ərazi bütövlüyü təmin olunur. Bizim üçün ən əhəmiyyətli məsələlərdən biri olan status-kvo artıq yoxdur, vilayət yoxdur. Bunlar hamısı bizim rayonlarımızdır. Başçı təyin edəcəyik, gedib qurub yaradacaqlar.

Həmin ərazilərdə Ermənistan dövlətinə heç bir idarəetmə verilmir. Biz o qədər qanı ondan ötrü tökməmişik ki, Ermənistan dövlətinə idarəetmə verək.”

Son xəbərlər
Digər xəbərlər