12 C
Baku
Wednesday, December 11, 2024

Deputat kişilərin pensiya yaşının azaldılmasını təklif edib

“Hökumət hara nə qədər pul xərcləyəcəyini əvvəlcədən proqnozlaşdıra bilmir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nı Prezident İlham Əliyev təsdiq edib: “Amma büdcədə bu işlərə nə qədər vəsait xərclənəcəyi açıqlanmır. Biz büdcənin gəlirlərini artırmaq barədə düşünməliyik. Bizdə iqtisadiyyatın əsas sahələri dövlətin nəzarətində olsa da, büdcəyə dövlət şirkətləri tərəfindən ödənilən vergilər çox azdır. Özəlləşdirmə sürətləndirilməlidir”.

Deputat qeyd edib ki, 65 yaşa qədər olan kişilərin sayı 47 %-ə çatır: “Ona görə biz pensiya yaşının aşağı salınması barədə düşünməliyik. Heç olmasa bu kişilər 2-3 il pensiya ala bilsinlər. Digər tərəfdən, Vergi Məcəlləsinə vergi güzəştləri ilə bağlı dəyişikliklərə baxıram, burada uşaq geyimləri, uşaq yeməkləri yoxdur. Elektromobildənsə biz bunlara vergi güzəştləri tətbiq etməliyik”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər