13 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

Deputat: “Kredit faizlərində azalmalar müşahidə oluna bilər”

29 oktyabr 2021-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 6.5%-dən 7%-ə qaldırılması barədə qərar qəbul edib. Uçot dərəcəsi Mərkəzi Bankın ölkənin digər banklarını pul kütləsi ilə təmin etməsidir. Sadə dillə desək, Mərkəzi bank kommersiya bankları və digər maliyyə təşkilatlarına kredit verir, onlar isə öz növbəsində həm adi vətəndaşları (fiziki şəxslər), həm də müxtəlif şirkət və təşkilatları (hüquqi şəxslər) kreditlə təmin edir.

Uçot dərəcəsinin artırılması kredit və depozit faizlərinə necə təsir edəcək?

İqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov açıqlamasında qeyd edib ki, Mərkəzi bankın əvvəlki uçot dərəcələri ilə müqayisə etsək 7% artım yüksək sayılmır:

“Lakin Mərkəzi Bank uçot dərəcəsini artırmaqda davam etsə bu milli valyutada depozit faizlərinə təsir göstərəcək. Milli valyutada depozitlərin həcmində artımlara səbəb ola bilər. Eyni zamanda kommersiya bankları tərəfindən təklif olunan depozit faizlərinin artırılması baş verməsi halında sığortaların depozit faizlərinə baxılması və onun dəyişdirilməsi ilə bağlı qərar qəbul edilə bilər.”

V.Bayramov həmçinin bildirib ki, kredit faizlərində azalmalar müşahidə oluna bilər:

“Ümumiyyətlə Mərkəzi bankın siyasəti kredit faizlərinin aşağı salınmasına nail olmaqdan ibarətdir.Bu baxımdan nəzərə alsaq ki, 2021-ci ildə kreditlərdə müəyyən azalmalar müşahidə olunurdu amma hələ də kredit faizləri yüksəkdir. Bu səbəbdən kredit faizlərinin mərhələli şəkildə azaldılmasının gələn ildə davam etdiriləcəyi gözlənilir. Lakin hazırda kredit fazilərində kəskin azalmaların olacağını proqnazlaşdırmırıq.”

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov həmçinin bildirib ki, kreditlərlə bağlı kəskin artım olması gözlənilmir:

“Ona görə ki, kredit faizləri olduqca sərtdir və kreditləşmədə müəyyən problemlər var.Eyni zamanda kreditləşmədə sərtləşmənin olmamasının bir səbəbidə Azərbaycanın kommersiya banklarının öhdəliklərində Mərkəzi bankın verdiyi kreditlərin çəkisinin çox aşağı olmasıdır. Uçot dərəcsi ilə mərkəzi bank yalnız qısa müddətli əməliyytalarda banklara vəsaitləri verir. Bu səbəbdən real təsir çox güclü olmayacaq.”

“Belə olan halda depozitlərin faizlərinin artması qaçınılmazdır. Hesab edirəm ki, depozitlərin faiz dərəcələri yaxın aylarda artacaq və buna uyğun olaraqda Əmanətlərin Sığortalanması Fondu aidiyyatı qərarı verəcək.”

Xatırladaq ki, Mərkəzi Bankın sözügedən qərarı bu qərar qlobal iqtisadiyyatda güclənən inflyasiya proseslərinin, xüsusilə ərzaq və xammal qiymətlərinin, nəqliyyat və logistika xərclərinin artımının milli iqtisadiyyata ötürülməsi prosesinin güclənməsi, həmçinin ertələnmiş daxili tələbin yüksəlməsi fonunda təklifin geri qalması, tənzimlənən qiymət və tariflərin liberallaşdırılması proseslərinin təsiri nəzərə alınmaqla

Mənbə:Trend
Son xəbərlər
Oxşar xəbərlər
X