2 C
Baku
Saturday, December 14, 2024

Deputatlar nikah yaşının üzrlü səbəblərə görə də 1 il azaldılmamasının lehinə səs veriblər

Azərbaycanda nikah yaşı üzrlü səbəblərdən də 1 il azaldılmayacaq.

Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Mövcud qanunvericiliyə əsasən, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Dəyişikliklə qanunun bu müddəası ləğv edilir.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər