7 C
Baku
Sunday, December 15, 2024

“Deutsche Bank” II rübü zərərlə bitirib

2020-ci ilin II rübündə Almaniyanın “Deutsche Bank”nın səhmdarlarına aid olan xalis zərəri 77 mln. avroya bərabər olub.

“Reuters”in verdiyi məlumata görə, ötən ilin eyni dövründə bankın xalis zərəri 3,3 mlrd. avro təşkil edib.

Hesabat dövründə xalis zərərin yaranmasının əsas səbəbi olaraq bankın köhnəlmiş texnologiya şəbəkələrini əsaslı yeniləməsi və COVID-19 pandemiyasının yaratdığı kredit itkilərindən qorunmaq üçün ayrılan vəsaitlərin artımı göstərilir.

Qeyd edək ki, bundan əvvəl investisiya bankı, Almaniya kreditorlarına bulud xidmətlərindən istifadə imkanı vermək və müştərilər üçün nəzərdə tutulan texnoloji maliyyə məhsullarında innovasiyaları təşviq etmək üçün “Google” şirkəti ilə strateji, uzunmüddətli əməkdaşlıq haqqında razılıq əldə edib. Bu əməkdaşlığın 1 mlrd. avrodan çox gəlir gətirəcəyi gözlənilir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər